Videonun müddəti: 1:01:13 Baxış: 19K Əlavə edilib: 2022.04.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sülhməramlıların Fərruxa kamera yerləşdirməsinin səbəbi məlum oldu – Tural Abbaslı ilə “Canlı debat”

Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə ilk dəfə birbaşa telefon danışığı baş tutub. Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Ermənistanla birbaşa əlaqələr mexanizmi haqda çoxda danışılırdı. Hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəlmişdilər. Bu formatın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin belə birbaşa əlaqələrin yaranmasında maraqlı olduğu deyilir. Ancaq müdafiə nazirləri səviyyəsində hələ ki, belə birbaşa təmas reallaşmayıb. İndi belə bir mexanizm ilk dəfədir ki, işə düşdü. Qərb Rusiyanın əlindən bu inhisarı da almaq üçün tərəfləri bir-biri ilə yaxınlaşdırmaq xəttini tutub. Yəni hər hansı hərbi təxribat və yaxud toqquşma baş verəndə vasitəçiliyi olmadan, Kremlin zəngini gözləmədən tərəflər telefon əlaqəsi qursunlar, məsələni ikitərəfli danışıqlarla yoluna qoysunlar. İstənilən halda, əldə edilən razılaşma təqdir olunmalı haldır. Ən azından telefon zəngi ilə müəyyən məsələlər razılaşdırıla bilər. Rus NATO”su Fərrux müzakirəsinə qoşuldu-sülhməramlılar kameraları kimin üçün quraşdırır? Ötən həftə Moskva səfəri çərçivəsində Ermənistan XİN Mirzoyan Lavrovdan başqa həm də “Rus NATO”su adlandırılan KTMT baş katibi K.Zasla görüşüb. Tərəflər KTMT-nin fəaliyyətinə, Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının icrasına və qarşıdan gələn tədbirlərin qrafikinə istinad ediblər. Ermənistanın XİN başçısı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşən Fərrux kəndi və ətrafdakı ərazilərə ‘’Azərbaycan silahlı qüvvələrinin zorla daxil olması’’ nəticəsində yaranmış vəziyyətə toxunub. Görüş zamanı Stanislav Zas KTMT zonasında təhlükəsizlik vəziyyəti və mövcud çağırışları təqdim edib. Tərəflər KTMT-yə üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən digər regional və beynəlxalq məsələlərə toxunublar. KTMT rəhbəri ilə Fərrux mövqelərinin müzakirəsi haqlı suallar yaradır. Maraqlıdır ki, bu ərəfədə Qarabağda Fərrux kəndi yaxınlığında sülhməramlıların müşahidə kameraları qurduqları barədə xəbərlər yayılıb. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub. Ermənistanın "Pastinfo" nəşri isə iddia edib ki, Daşbaşı yüksəkliyinə daxil olan azərbaycanlı hərbçilərlə rus hərbçilər arasında dava düşüb, nəticədə sülhməramlılardan bəziləri yaralanıb. Nəşr qeyd edib ki, guya hadisə bir neçə gün əvvəl baş verib. Azərbaycan ordusu strateji əhəmiyyətli Fərrux dağında möhkəmləndikdən sonra Ermənistan rəhbərliyi davamlı olaraq Kremlə şikayətlər ünvanlayır. Bugünlərdə baş nazir Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Rusiya Azərbaycan silahlı qüvvələrinin Fərrux dağından geri çəkilməsini təmin etməlidir. Bu barədə Moskvadan Azərbaycana hansısa təzyiqlərin edilib-edilmədiyi məlum olmasa da, ordu birləşmələrinin Fərrux dağından çıxarılması müzakirə mövzusu deyil. Rusiya isə bölgədəki sülhməramlı kontingentin müşahidə postlarının sayını artırmağa başlayıb. Aprelin 5-də Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olub ki, 6 yeni post qurulub, nəticədə müşahidə məntəqələrinin ümumi sayı 27-dən 33-ə qalxıb. Qeyd edək ki, bu addım 10 noyabr 2020-ci ildən bəri ilk dəfə atılıb. Ekspertlər müşahidə postlarının sayının artırılmasını 10 noyabr 2020-ci ildə imzalanmış üçlü bəyanatın müddəalarına tamamilə zidd hesab edirlər. Maraqlıdır ki, bu dəyişikliklər Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı xəritəsində əvvəl əksini tapıb, sonra isə yığışdırılıb. Amma bu məsələyə rəsmi Bakının heç bir reaksiyası olmayıb. KTMT rəhbəri ilə Fərrux mövqelərinin müzakirəsinin anlamı nədir? Kameralar erməni silahlılarının daha sərbəst fəaliyyətinə təminat yaratmaq məqsədi ilə quraşdırılırmı? Sülhməramlıların postları artırması haqda xəbərlərə rəsmi Bakı niyə reaksiya vermir? Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics