Videonun müddəti: 1:04:37 Baxış: 13K Əlavə edilib: 2022.04.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zəngilan təxribatında Rusiya “barmağı” sübut olundu – Tural Abbaslı ilə “Canlı debat”

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat ************** Zəngilan təxribatında Rusiya “barmağı” sübut olundu – Tural Abbaslı ilə “Canlı debat” Ermənilərin 4 gün vaxtı qaldı- sərhəd komissiyasında kimlər təmsil olunacaq? Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəlib. Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı bildirilib. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ötən həftəki telefon söhbətində Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini bildirmişdi. Yeri gəlmişkən, sərhədlərin müəyyənləşməsi adətən iki mərhələdən keçir: demarkasiya və delimitasiya. Demarkasiya (“Demarcation”) fransızca “ayırma” deməkdir. Bir-biri ilə döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanı sülh müqaviləsi, yaxud hər hansı saziş əsasında daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt, zolaq müəyyənləşir. Sərhədlərin delimitasiyası latınca “delimitatio” - "qeyd" deməkdir. Qonşu ölkələr arasında dövlət sərhədi ümumi mövqe və istiqamət, danışıqlar yolu ilə müəyyənləşdirillir. Delimitasiya dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razılaşmaların ayrılmaz hissəsidir. Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq bir xəritə üzərində, yerdə iş aparılmadan - sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Delimitasiya prosesi çərçivəsində tərəflər xəritə üzrə sərhəd xəttini müəyyən edirlər. Delimitasiyanın materialları sərhədin müəyyənləşdirilməsinin digər mərhələsi - demarkasiyası üçün əsas olur. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Azərbaycan öz üzərinə düşəni icra etsə də, Ermənistan isə nəinki dürüst davranmadı, əksinə... Aprelin 23-də Zəngilanda dövlət sərhədimizə təxribat-diversiya qrupu göndərib. Doğrudur, qrup ifşa edilərək geri oturdulub. Lakin faktın özü göstərir ki, Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirmir və prosesi pozmaq istəyir. Real vəziyyətin təhlili göstərir ki, aprelin sonunadək Bakının və İrəvanın delimitasiya komissiyalarını yaratmaq öhdəliyi icra olunmaya bilər ki, bunun da bütün məsuliyyəti birmənalı şəkildə Ermənistanın üstündə qalacaq. Qeyd edək ki, bu proses hətta illərlə davam edə bilər. Məsələn, Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası hələ indi yekun mərhələyə çatıb, danışıqlar davam etdirir. Bəs, Azərbaycanla Ermənistan arasında sərhəd müzakirələri nə qədər uzun davam edə bilər? Ermənistan bu prosesi pozarsa, nə olacaq? Sərhəd komissiyasında kimlər, hansı strukturların nümayəndələri təmsil olunurlar? Siyahı açıqlanacaqmı? Zəngilan təxribatında “rus barmağı”- diversantlar Rusiyanın nəzarət etdiyi ərazidən necə keçib? Ermənistan dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərməsini təsadüf hadisə kimi qiymətləndirmək olmaz. https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics