Videonun müddəti: 55:43 Baxış: 5.5K Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçında rusların postlarını sökdük, Qarabağdan nə vaxt çıxaraq? - Elşad Musayevlə CANLI

Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rus hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan rusiyalı sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Bəs, rusları Qarabağdan nə vaxt çıxarırıq? Bakının “dəhliz statusu” ilə bağlı razılaşmadığına dair məlumatlar var. Erməni mediası yazır ki, Azərbaycan tərəfi yeni yola “dəhliz statusu”nun verilməsi məsələsindən öncə razılaşmanın 4-cü bəndinin – erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz statusu” müzakirə edilə bilər. Bu arada, 22 Avqust 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib. ASC-dən verilən məlumata görə, məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparlıması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq idi. Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olundu. Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutdu. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb. Politoloqların proqnozlarına görə, növbəti hədəf Ağdərə və Sərsəng su anbarıdır. https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics