Videonun müddəti: 37:17
Baxış: 13K
Əlavə edilib: 2022.08.18
Baş Prokurorluqdan rəsmi: intim videosu yayılan polkovnik həbs edildi - Hərbi ekspertlə CANLI
Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daha əvvəl bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. Müəyyən olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub. Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Avqustun 18-də Laçında qanunsuz məskunlaşmış ermənilər işğal dövründə şəhər ərazisində qeyri-qanuni olaraq tikilmiş kilsələrində, çox güman ki, sonuncu dəfə dini mərasimlərini keçirəcəklər. Məlumatı özünün "Facebook" səhifəsində qondarma "Kaşataq rayonu"nun keşişi Benyamin Saturyan paylaşıb. Onun sözlərinə görə, mərasimi erməni kilsəsinin Qarabağ üzrə baş keşişi Vrtanes Abramyan aparacaq. Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı Qubad İbrahimova məxsus evin yerində tikilib. Rusiyanın İrəvandakı səfirliyinin səfir-müşaviri Maksim Seleznyov isə bildirib ki, Rusiya sülhməramlıları yeni alternativ yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə uzaqlaşmayacaqlar. “Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizi açılandan sonra yerini dəyişəcək. 10 noyabr üçtərəfli bəyanatında atılacaq addımlar və həmin addımların ardıcıllığı göstərilir: əvvəlcə dəhliz tikilir və o fəaliyyətə başlayan kimi Rusiya sülhməramlıları bu yolun ətrafında beş kilometrlik dəhlizi tuturlar”, - deyə Seleznyov vurğulayıb. Laçında olan daşnakların silahlı olduğu xəbər verilir. Bunu jurnalist Eynulla Fətullayev Zabuxda olarkən qeyd edib. Belə anlaşılır ki, millətçi erməni dəstələri avqustun 25-dək təxribatlara əl ata bilər. Bu gün Müdafiə Nazirliyinin xəbərdarlığı da belə təsəvvür formalaşdırır ki, istənilən an provakasiya ola bilər, lakin Ordumuz təxribatlara cavab verməyə hazırdır. MN-nin məlumatında deyilir: “Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilmiş və xüsusi üsulla endirilərək ələ keçirilib. Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır”. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/NewMusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics
Mövzular:
rusiya ukrayna müharibəsi
ukrayna müharibə
rusiya ukrayna müharibə
son xeberler
müharibə
putin
xəbərlər bugün
baku
xəbərlər
xeberler
rusiya müharibə
gunun xeberleri
azerbaycan xeberleri
son xəbərlər
sonxəbərlər
donetskdə müharibə
bmt ukrayna
donbasda müharibə
tv musavat
musavat tv
ukraynadan ən son xəbərlər
debat
bayden
zelenski
“şənbə xəbər”
fərruxdağı
xocavənd
fərrux
ferrux
odessa
azov
qisasəməliyyatı
qırxqız
sarıbaba