Videonun müddəti: 1:04:51 Baxış: 9.5K Əlavə edilib: 2022.08.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: İranla sərhəddə növbəti İNSİDENT – Elşad Musayevlə “Canlı debat”

Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir. Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək. “Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir. Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir. Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. 1991-ci ilin məhz 2 sentyabrında Qarabağ “parlamenti” Azərbaycandan “müstəqilliyini” elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. Xankəndidə separatçı-terrorçu rejim reallığı yaxşı dərk etsə də, bu tarixi “qeyd etməklə” Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq arzularını yenidən stimullaşdırırlar. Bundan başqa ermənilər “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanırlar. Nəhayət, hələ də “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verirlər. Bəzi ekspertlərə görə, rəsmi Bakı ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vura da bilər. Amma necə və hansı gedişlərlə? Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics