Videonun müddəti: 1:03:16
Baxış: 14K
Əlavə edilib: 2022.08.16
Tural Abbaslı ilə qaynar gündəm
Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazimizdən ərazi bütövlüyümüzə təhdid xarakterli siqnallar gəlməyə davam edir. Söhbət bu dəfə də Rusiyanın Azərbaycana qarşı əsla xoş niyyətindən qaynaqlanmayan “Rus icması” projesi və onun ətrafında cərəyan edən proseslərdən, olaylardan gedir. Məsələn, erməni saytı Novostink.ru iki gün öncə bu xüsusda yazır: “Uzun illərdən sonra ilk dəfə pravoslav keşişi Boris Qrişin sülhməramlı kontingentlə birlikdə bölgəyə gəlib. Boris Ata Qarabağ torpağında pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus İcması nəzdində “bazar günü məktəbi” təsis edib. Məhz Boris Ata İsa Məsihin Doğuşu şərəfinə Qarabağda yüz ildən artıq müddətdə ilk rus pravoslav kilsəsinin tikintisinin təşəbbüskarı olub”. Qondarma “Rus icması”nın rəhbəri, Rusiya məxfi xidmətinin əməkdaşı olduğu çoxdan məlum olan, kökəncə erməni Aleksandr Bordov isə deyib: “Qarabağ tarixən ruslar üçün doğma diyardır, 1804-1813-cü illər Rusiya-Fars müharibəsi zamanı bu torpaqları azad edən əcdadlarımız burada dəfn olunub”. Diqqət edin Bordov Qarabağ xanlığının Rusiya tərəfindən işğalını “işğaldan azad olunma” kimi təqdim edir. Daşdan keçən tarixi arxiv sənədləri ortada ola-ola! Sanki Qarabağ xanlığı XVIII əsrədək də Rusiya torpağı imiş! Yəni saxta “Rus icması”nın rəhbəri ən yaxın tarixi belə saxtalaşdırmaqdan çəkinmir. Erməni mediası həmçinin yazır: “Qeyd etmək lazımdır ki, sülhməramlı qüvvələr və rus icması Dağlıq Qarabağda yaşayan slavyanların və Rusiya vətəndaşlarının kimliyinin qorunub saxlanılmasına, rus mədəniyyətinin və pravoslav ənənəsinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra mədəni-maarifləndirmə tədbirləri də keçirib. Onu da əlavə edək ki, tezliklə Qarabağ tarixində ilk dəfə olaraq Stepanakertdə (Xankəndi – red.) təsisçisi Rus İcmasının rəhbəri Aleksandr Bordov olan Rus Dram Teatrı fəaliyyətə başlayacaq”. Rus icmasının faktiki mövcud olmadığı Qarabağda Rus Dram Teatrı, “bazar günü məktəbi”, daha nələr... Göründüyü kimi, Rusiya tərəfi hər şey qırağa, prezident V.Putinin imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsinə ziddi olaraq və ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd xarakterli “Qarabağ Rus İcması” layihəsini irəli aparmaqda israrlıdır. Bordovun özünün isə heç şübhəsiz, nə Moskva Bəyannaməsindən xəbəri var, nə də Şuşa Bəyannaməsindən. O zaman baş verənlərə rəsmi Bakının reaksiyası nə olacaq? Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics
Mövzular:
rusiya ukrayna müharibəsi
ukrayna müharibə
rusiya ukrayna müharibə
son xeberler
müharibə
putin
xəbərlər bugün
baku
xəbərlər
xeberler
rusiya müharibə
gunun xeberleri
azerbaycan xeberleri
son xəbərlər
sonxəbərlər
donetskdə müharibə
bmt ukrayna
donbasda müharibə
tv musavat
musavat tv
ukraynadan ən son xəbərlər
debat
bayden
zelenski
“şənbə xəbər”
fərruxdağı
xocavənd
fərrux
ferrux
odessa
azov
qisasəməliyyatı
qırxqız
sarıbaba