Videonun müddəti: 58:48 Baxış: 9.6K Əlavə edilib: 2022.04.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiyanın Azərbaycana daha bir təhdidi – nə etməyə çalışırlar? –Pənah Hüseynlə “Canlı debat”

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat Ermənistan KTMT-dən çıxarmaq üçün hərəkətə keçdi-sorğu və Paşinyanın tənqidi...Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sünik vilayətində Qara göl (Qaragöl gölün Azərbaycanca adıdır - red.) yaxınlığında, eləcə də Qeqarkunik (Basarkeçər) istiqamətində baş verən hadisələrə reaksiyasını uğursuzluq adlandırıb. Parlamentin tribunasından çıxış edən Paşinyan bəyan edib ki, KTMT-də mövcud prosedurlara zidd olaraq, bu struktur problemli ərazilərdə monitorinqlərin aparılması ilə bağlı hələlik qərar qəbul etməyib. Baş nazirə görə, təşkilat ölkə üçün ən təhlükəli məqamda KTMT-nin kənar müşahidəçi mövqeyini tutacağı ilə bağlı Ermənistan cəmiyyətindəki çoxdankı qorxularını təsdiqləmiş olub. “Fakt budur ki, indiyədək KTMT, hətta müşahidəçi statusunda belə, bu vəziyyəti heç bir şəkildə qiymətləndirməyib. Azərbaycan ordusu bu ərazidə olmaqda davam edir”. Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Nikol Paşinyan başda olmaqla sözügedən sərhəd təxribatları ilə Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək istəyirdi. Təsadüfi deyil ki, Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif etmişdi. Qeyd edək ki, SOCIES Ekspert Mərkəzinin bu günlərdə Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib. Diqqəti çəkən budur ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından bəri keçən dövrdə Azərbaycanın rəsmi və qeyri-rəsmi qurumlarının, media və ictimaiyyətinin etirazlarına, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin martın 26-27-də verdiyi bəyanatlara rəğmən Rusiya MN öz xəbər, bülleten və xəritələrində “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməkdən əl çəkmir. Həmçinin Azərbayacn MN-in son bəyanatlarında vurğuladığı Azərbaycan Respublikası Xocalı rayonunun Fərrux kəndinin adını yenə də “Furux” kimi işlədir. Bu isə növbəti dəfə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyü və suverenliyinə, eləcə də Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı V. Putin tərəfindən də imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə də hörmətsizlikdir. Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana münasibəti haqda mənfi fikir söyləmək çətindir. Onun Azərbaycan rəsmiləri ilə də münasibətləri normaldır. Amma təəssüf ki, onun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin rəsmi saytı daima Azərbaycana münasibətdə qərəzli və tərəfli mövqe tutur. Son açıqlama da buna sübutdur. Bunun qarşısını almaq üçün Bakı nə etməlidir? Rusiya Müdafiə Nazirliyində də ermənipərəst qüvvələr varmı? Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics