Videonun müddəti: 1:05:15 Baxış: 9.0K Əlavə edilib: 2022.04. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tural Abbaslı ilə “Canlı debat”da - Sabah Qarabağın taleyi Brüsseldə necə həll olunacaq?

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Qeyd edək ki, ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib. Ukrayna müharibəsinə görə Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər “soyuq müharibə” həddindədir. Avropa Şurasında səsvermə hüququnu itirən Rusiya ötən ay bu qurumda fəaliyyətini dayandırdığını elan edib, az qala Avropa egidası altında olan bütün qurumlardan çıxıb. Belə bir şəraitdə Rusiya Qarabağda baş verən son hadisələrin Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Rusiya, xüsusilə Ukraynadakı müharibədən sonra Qərb cəbhəsində təşkil edilən belə görüşləri Cənubi Qafqazda əsas vasitəçi roluna təhlükə hesab edir. Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə danışıqlar aparmaq təklifindən narahat olduğunu Moskva gizlətmir də. Ekspertlərə görə, Rusiya prezidentinin görüş ərəfəsi İrəvan və Bakıya zəngi, xüsusilə erməni baş nazir Paşinyanla iki dəfə danışması Moskvanın narahatlığını göstərir. Xüsusilə Paşinyanın Qərblə Rusiya arasında sürüşkən mövqeyini bildiyindən onunla iki dəfə əlaqə saxlamaq ehtiyacı yaranıb. Rusiyanın hərtərəfli izolyasiyası prosesi gedir və Brüsselin belə bir zamanda görüş təşəbbüsi göstərməsi Rusiya tərəfindən xoş qarşılana bilməz. Moskva prosesin öz nəzarətindən çıxmasını istəmir və belə məsələlərə aqressiv yanaşır. Rusiya demək istəyir ki, əsas məsələləri Kreml həll edir və Avropa Birliyi Qarabağdakı situasiyanı heç vaxt dəyişə bilməz. Hətta Brüsseldə hansısa razılaşmalar olsa belə, Rusiya əsas qüvvə kimi nəzərə alınmağı tələb edəcək. Bu olmasa, prosesi sabotaj edəcək. Azərbaycan bu görüşə normal yanaşsa da, İrəvan görüşün Brüsseldə keçirilməsindən cürətlənərək özünə sərf edən hansısa tələblər həyata keçirmək fürsəti bilir. Rusiya status məsələsində Avropa qurumlarından fərqli olaraq İrəvana heç bir dəstək vermir. Ona görə Brüsseldə heç olmasa, “mədəni muxtariyyət” məsələsini qaldırmağa cürət edə bilər. Amma Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, status məsələsi artıq müzakirə predmeti deyil. Bu baxımdan da Brüseldə ciddi nəticənin əldə olunacağı real görünmür. Bəs, Avropa İttifaqının gözlənilməz görüş təklifində hədəfləri nədir? Ukraynanı Rusiyaya qarşı silahlandıran Avropa və onun əsas strukturu Qarabağda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqları nədir? Əvvəlki dövrlərdə bunu Avropanın təhlükəsizliyi kimi izah edirdilər, amma Ukrayna müharibəsi belə bir terminin üstündən xətt çəkdi. Avropa İttifaqı Rusiyanı qıcıqlandırmaq üçünmü belə bir görüş təşkil edir, Moskva öz narahatlığında nə qədər haqlıdır? Paşinyanın “Xankəndində erməni qalmaya bilər” qorxusu ______ Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics