Videonun müddəti: 43:40 Baxış: 17K Əlavə edilib: 2022.04.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ağdərədən son xəbərlər, ruslar nə etməyə çalışır? – Elxan Şahinoğlu ilə “Canlı debat”

“2008-ci ildə Almaniya və Fransanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməməsi strateji olaraq səhv qərar idi. Əgər biz NATO-ya üzv olsaydıq, müharibə baş verməyəcəkdi. Hazırda bu səhvin bədəlini Almaniya və Fransa yox, Ukrayna ödəyir”. “AzPolitika.info” xəbər verir ki, bunları Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ mətbuatına açıqlamasında deyib. Ukraynadakı son vəziyyətə toxunan Kuleba, müharibə cinayətləri törədənlərlə eyni masa arxasında oturmayacaqlarını bildirib: “Ancaq Ukrayna şəhərlərinə hücumlar dayanarsa, danışıqlar barədə düşünmək olar. İnsanların həyatını xilas etmək şansımız varsa, bu şans mütləq dəyərləndiriləcək. Bizim bir strategiyamız var. Bu strategiya müharibədə qalib gələcəyimizə və torpaqlarımızı azad edəcəyimizə əsaslanır”. Rusiya-Ukrayna müharibəsinin 7-ci həftəsi başlayır. Əvvəl hamı deyirdi, Putin Ukraynaya hücum əmri verməz. Hücum başladı, deyildi ki, az müddıət sonra rus qoşunu Kiyevi tutacaq, müharibə bitəcək. Ukraynanın müqaviməti və kollektiv Qərbin Rusiyaya sanksiyaları, həmçinin Ukraynaya böyük dəstəyin fonunda bildirildi ki, Putin savaşı dayandıracaq. Bunların heç biri olmadı. İndi də deyilir ki, Rusiya neftinə tam qadağa müharibəni dayandıra bilər. Görünən budur ki, müharibə tezliklə başa çatmayacaq. Bunda isə Qərbin maraqlı olduğu iddia edilir. Hazırda son durum nədən ibarətdir? Rusiyanın Ukrayna şəhərlərində dinc insanları qətlə yetirməsi bu ölkəyə qarşı yeni beynəlxalq hücum başladıb. Buçra qətliamı Putini yaman yerdə axşamladıb. Bir bunun üstündə Rusiya neftinə tam qadağa qoyulması savaşı sonlandıra, Putini kapitulyasiya sənədinə imza atmağa vadar edə bilərmi? Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib. Bu haqda Caliber saytı məlumat yayıb. Ordumuz bundan təxminən iki həftə öncə Fərrux kəndi və eyniadlı yüksəkliyi erməni silahlı quldurlarından azad etmişdi. Azərbaycanın masada və sahədə üstünlüyü, qələbələri böyük sülhü və böyük, həlledici qələbəni yaxınlaşdırır. Ermənistan hakimiyyəti Azərbaycan tərəfin sülh şərtlərini qəbul edib, problemi yoluna qoymağa hazır kimi görünür. Paşinyana daxildə revanşistlər təzyiq göstərir. Amma bu təxribatlar başlanmış nəhəng prosesin qarşısını kəsə bilməyəcək. Bir qədər ləngidə bilər, amma dayandırması mümkün deyil. Bir məqam da var ki, son 1 ildə Ağdərə istiqamətində erməni quldurların 15-dən çox postu ləğv edilib. Ordumuz orda istehkam qurmaq istəyən, səngər qazan, bunker tikən quldurları buna peşman edib. Ermənistan Fərruxda əldən verdikləri mövqelərlə bağlı səs-küy qaldırırlar. Bütün bunların fonunda isə Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşğuldur. Azərbaycan tərəf geniş miqyaslı antiterror əməliyyatlarını da istisna etmir heç vaxt. Hətta bu istiqamətdə ciddi hazırlıqlar da görülür, müşahidələrə görə. Xatırladaq ki, martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Aprelin 7-də Zakir Həsənov Kəlbəcərdə olub. Təlim mərkəzində nazir görüş keçirib. Bu addım, bu səfər olduqca əhəmiyyətli idi. Ümumiləşdirib belə demək olar: Azərbaycan siyasi rəhbərliyi, prezident İlham Əliyev işğaldan azad edilən torpaqların qorunması və işğalda qalan ərazilərin geri qaytarılması üçün genişmiqyaslı prosesləri davam etdirir. Yaxın günlərdə yaxşı xəbərlər eşitmək ümidi varmı? Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics