Videonun müddəti: 53:32 Baxış: 9.3K Əlavə edilib: 2022.08.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçından bizi ayıran kritik 10 gün: ermənilər silahlanacaqmı? - Qabil Hüseynli ilə CANLI

Avqustun 25-nə, Laçın şəhəri, Zabux və Su kəndlərinin boşaldılması üçün ermənilərə verilən möhlətin bitməsinə 10 gün qaldı. Ötən həftəsonu AzTV-yə müsahibəsində Prezident İlham Əliyev bu mövzuda danışarkən belə demişdi: “Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun, böyük fərq etmir”. İlham Əliyev həmçinin bildirmişdi: “Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”. Ancaq bu, bizim tanıdığımız ermənilərdisə, doğrudanmı yerdə qalan 10 gündə onlar hoqqa çıxarmayacaqlar? Deyirlər ki, evləri guya yanırmayacaqlar. Amma artıq bir belə fakt qeydə alınıb. Hələ minalar! Tutaq ki, evlərin çoxu yandırılmadı. Bəs azərbaycanlı köçkünlər ermənilərin tikdiyi evlərdə yaşayarlarmı? Qanunsuz məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığı alıb qalmaq istəsələr necə, icazə veriləcəkmi? Daha bir mühüm detal: indiyədək Ermənistandan Qarabağa bizim ərazimizdən keçən su, qaz, işıq xətlərinin aqibəti necə olacaq, anlaşma varmı? Xətlərin yeri təzə yolamı uyğunlaşdırılacaq, yoxsa? Əgər dəyişəcəksə, kim dəyişəcək və xərclərini kim ödəyəcək? İrəvanın ‘’Sürməli’’ bazarında baş verən dəhşətli partlayışda 3 nəfər ölüb, 60 nəfər yaralanıb, 17 nəfərsə itkin düşüb. Regionun informasiya məkanında bu hadisə hadisə ən üst yerdədir. Azərbaycan informasiya məkanında isə ictimaiyyət partlayış hadisəsini xüsusi diqqətdə saxlayır. Ölkəmizin təhlilçiləri və tanınmış simaları da “Sürməli’’ bazarındakı partlayışla bağlı rəylər bildiriblər. Onlardan ən orijinalı və maraq doğuranı isə hərbi ekspert, polkovnik-leytenant Alp arslan imamqulunun verdiyi açıqlamadır. Hərbi ekspertə görə, bu hadisələr davam edəcək: "Ata yurdumuz İrəvanda baş vermiş hadisə terrorizm aktıdır. Ehtimal edilir ki, bu, terrorist mənşəli cinayətkar siyasi qruplar arasında daxili çəkişmə zəminində törədilib. Bu şəkildə partlayışlar ardıcıl olaraq davam edərsə, hadisələrin daha geniş coğrafiyaya yayılması qaçılmazdır. Bu səbəblə təhlükəsizliyimizin təminatı adına İrəvanda anti-terror əməliyyatlarının keçirilməsində birbaşa iştirakla erməni xalqına dəstək olmağa hazır olmalıyıq". Ekspertin bu açıqlamasından az sonra İrəvana bağlı xəbərlərdən yeni həyəcan siqnalı eşidilməyə başlandı - İrəvan metrosu fəaliyyətini dayandırdı! Buna səbəb də bu idi ki, ‘’...metrostansiyaların hamısı bombalanıb’’. Doğrudur, İrəvan metrosundan bomba çıxmadı, lakin bombanın var olması xəbəri ilə oynayan və bunu təhdidə çevirən daxili qüvvələrin ortaya çıxması müəyyənləşdi. Əgər belədirsə, İrəvanı və Ermənistanı kimlər, niyə qarışdırmaq istəyir? Bu məsələnin Zabux və digər kəndlərin boşaldılması perspektivinə aidiyyatı varmı? Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics