Polkovnik Üzeyir Cəfərovla “Canlı debat”! Ölkə və müharibə gündəmi! Qazilər özlərini niyə yandırır?
Musavat.com bildirir ki, daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb.
Samuxda avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Təbriz Abdullayev  "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.
Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verib.
Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. (sitat ver)  Ancaq yenə də bu sahədə problemlər var.  Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarını onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər.
Paşinyan nazirləri təcili topladı, etiraf etdi… - Üzeyir Cəfərovla “Canlı debat”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasını keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, hökumət nümayəndələri ötən gün Qarabağda baş verən hadisələrin nəticələrini müzakirə ediblər. Baş nazir bildirib ki, Qarabağ və ətrafında vəziyyət son dərəcə kritikdir.
Qeyd edək ki, ötən gün ermənilərin Laçında törətdikləri terror-təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.
“Bu günlərdə Azərbaycanla gərginlik yaşayırıq, amma Ermənistan hakimiyyətinin səsi eşidilmir”.
Modern.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Ermənistan mediası baş nazir Nikol Paşinyanı hədəfə alaraq, onunla bağlı tənqidi mövqe sərgiləyib.
“Görünən odur ki, Baş nazir Nikol Paşinyan hələ də məzuniyyətdədir, istirahətindən zövq alır. Orada isə Ermənistan oğulları məhv olur. Müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi qurum səssizliyə qərq olub. Digər rəsmilər isə “sakit” oturublar.
2016-cı ildən sonra bu gün çox şey dəyişib və biz 75 faiz ərazi itirmişik. Bu hadisələrin hamısı Paşinyanın hakimiyyəti dövründə baş verib. Biz artıq çıxılmaz vəziyyətdəyik”, - “Joqovurd”un yaydığı məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.
Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlama verib. O bildirib ki, "Qarabağda Ermənistan ordusu yoxdur. Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır. Azərbaycan Dağlıq Qarabağın varlığını tanımalı, təmas xəttini pozmamalı, Laçın dəhlizi ilə bağlı müqaviləyə əməl etməlidir. Azərbaycana Ermənistan ərazisindən Naxçıvana tranzit kimi yol verməyə hazırıq".
Ermənistanın rəhbəri nə demək istəyir? Bu əməliyyatlar hara qədər davam edəcək? Nəticə necə olacaq? Əməliyyatın bir günlə bitəcəyi gözləniləndirmi?
Təcili: Ermənilər hərəkətə keçdi – yeni yol çəkirlər, silahları üzə çıxdı – Üzeyir Cəfərovla “Canlı"
Təcili: Ermənilər hərəkətə keçdi – yeni yol çəkirlər, silahları üzə çıxdı – Üzeyir Cəfərovla “Canlı debat”
Bir ay əvvəl Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssisləri görünüb.
"Azadlıq" radiosu xəbər verir ki, onlar Qarabağdan Ermənistana gedən yeni yol hissəsinin layihəsini hazırlayırlar.
Məlum olduğu kimi, yeni yol Laçın dəhlizini əvəz edəcək. O, Ermənistanın Zəngəzur vilayətinin Tex və Kornidzor kəndlərindən, Azərbaycanın Laçın rayonunun kəndlərindən keçəcək.
Türkiyə və Azərbaycan inşaatçıları artıq Azərbaycan ərazisindəki işləri yekunlaşdırır, Ermənistan tərəfi isə hələ yeni layihə işlərinə başlayır.
Bəzi məlumatlara görə, Azərbaycan tərəfi 4 km-lik hissədə asfalt çəkib. Bir müddət əvvəl Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin rəhbəri Saleh Məmmədov bildirib ki, yol iyulda hazır olacaq. Amma, göründüyü qədər, yol bir qədər gec hazır olacaq. Yolun Ermənistan hissəsinin hələ layihəsinin belə hazırlanmadığını nəzərə alaraq, yekun marşrutun necə olacağı hələlik məlum deyil. Xatırladaq ki, Laçın şəhəri və Laçından Şuşaya gedən hazırki yol Azərbaycanın nəzarəti altına keçəcək, rusiyalı sülhməramlılar isə yeni yola keçəcəklər.
Azərbaycandakı səfirin biri digərini ölümlə təhdid etdi – Üzeyir Cəfərovla “Canlı debat”
Azərbaycandakı səfirin biri digərini ölümlə təhdid etdi – Üzeyir Cəfərovla “Canlı debat”
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib. C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb. İranlı səfirin bu cür aqressiv tviti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.
Qeyd edək ki, bu, İsrail və İran səfirlikləri arasında baş verən birinci insident deyil. Bu il fevralın 17-də İran səfirliyi səhvən İsrail səfiri Corc Dikin tvitini bəyənib. İsrailli diplomat isə İran səfirliyinə məsxərə ilə təşəkkürünü bildirib.