Videonun müddəti: 53:44 Baxış: 321 Əlavə edilib: 2022.08. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan nazirləri təcili topladı, etiraf etdi… - Üzeyir Cəfərovla “Canlı debat”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasını keçirib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, hökumət nümayəndələri ötən gün Qarabağda baş verən hadisələrin nəticələrini müzakirə ediblər. Baş nazir bildirib ki, Qarabağ və ətrafında vəziyyət son dərəcə kritikdir.

Qeyd edək ki, ötən gün ermənilərin Laçında törətdikləri terror-təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.

“Bu günlərdə Azərbaycanla gərginlik yaşayırıq, amma Ermənistan hakimiyyətinin səsi eşidilmir”.

Modern.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Ermənistan mediası baş nazir Nikol Paşinyanı hədəfə alaraq, onunla bağlı tənqidi mövqe sərgiləyib.

“Görünən odur ki, Baş nazir Nikol Paşinyan hələ də məzuniyyətdədir, istirahətindən zövq alır. Orada isə Ermənistan oğulları məhv olur. Müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi qurum səssizliyə qərq olub. Digər rəsmilər isə “sakit” oturublar.

2016-cı ildən sonra bu gün çox şey dəyişib və biz 75 faiz ərazi itirmişik. Bu hadisələrin hamısı Paşinyanın hakimiyyəti dövründə baş verib. Biz artıq çıxılmaz vəziyyətdəyik”, - “Joqovurd”un yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.

Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlama verib. O bildirib ki, "Qarabağda Ermənistan ordusu yoxdur. Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır. Azərbaycan Dağlıq Qarabağın varlığını tanımalı, təmas xəttini pozmamalı, Laçın dəhlizi ilə bağlı müqaviləyə əməl etməlidir. Azərbaycana Ermənistan ərazisindən Naxçıvana tranzit kimi yol verməyə hazırıq".

Ermənistanın rəhbəri nə demək istəyir? Bu əməliyyatlar hara qədər davam edəcək? Nəticə necə olacaq? Əməliyyatın bir günlə bitəcəyi gözləniləndirmi?
Kateqoriyalar: Canlı debat