Ermənistanın eks prezidentləri toplanır – yeni Qarabağ SAVAŞI üçün – Tural Abbaslı ilə “Canlı debat”
Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə keçiriləcəyinə eyham vurub.
İ.Saqatelyan Ermənistandakı vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsi təklifi ilə çıxış edib. Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında görüş keçiriləcək. Burada Ermənistan və qonrama “dqr”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək. “Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılıq veriblər”. Ehtimal olunur ki, iclasdan sonra iştirakçılar hakimiyyətə müraciət edəcəklər.
Xankəndiyə giriş bağlandı, 2 gün sonra KRİTİK gün – Tural Abbaslı ilə “Canlı debat”
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir.  Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur.  Yürüşdən sonra mitinq keçiriləcək.
“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir. Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir.
Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi.
1991-ci ilin məhz 2 sentyabrında Qarabağ “parlamenti” Azərbaycandan “müstəqilliyini” elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub.
Xankəndidə separatçı-terrorçu rejim reallığı yaxşı dərk etsə də, bu tarixi “qeyd etməklə” Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq arzularını  yenidən stimullaşdırırlar.  Bundan başqa, ermənilər “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanırlar.  Nəhayət, hələ də “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verirlər. Bəzi ekspertlərə görə, rəsmi Bakı ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbəni elə sentyabrın 2-də vura da bilər. Amma necə və hansı gedişlərlə?
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Tiktok-da canlı yayım açan hərbçilər ordudan çıxarıldı – Tural Abbaslı ilə “Canlı debat”
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.
Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.
“Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”, - məlumatda qeyd edilib.
Orduda nələr baş verir? Cəmiyyət olmayan xəbərləri niyə tirajlayır? Antiterror əməliyyatları ilə bağlı gözləntilər pik həddə çatıb. Modul tipli xəstəxanaların yenidən fəaliyyətə keçməsi, bölgələrdən gələn xəbərlər nədən xəbər verir?
Bu və gündəmdəki digər xəbərləri Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Paşinyan Bakını müharibə söhbəti ilə niyə şantaj edir?– Tural Abbaslı ilə “Canlı debat”
Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır. Belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında səsləndirib.
Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki dəfə Bakı ya imtina etdi, ya da təxirə salınmasını tələb edib: “Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üştərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir”.
Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir. O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.
Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların “hər iki ölkədə” qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamağa çalışır.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan “Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur” kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan “dqr”, “status” adı çəkməyəcəyinə söz verib.
Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə “Azərbaycan Ermənistana və Qarabağa qarşı müharibəyə hazırlaşır” kimi ifadə ilə həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən “ayrıca qurum” kimi danışmağa səy göstərir.
Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.