Videonun müddəti: 4:30 Baxış: 286 Əlavə edilib: 2022.09.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənistanın eks prezidentləri toplanır – yeni Qarabağ SAVAŞI üçün – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə keçiriləcəyinə eyham vurub.

İ.Saqatelyan Ermənistandakı vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsi təklifi ilə çıxış edib. Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında görüş keçiriləcək. Burada Ermənistan və qonrama “dqr”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək. “Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılıq veriblər”. Ehtimal olunur ki, iclasdan sonra iştirakçılar hakimiyyətə müraciət edəcəklər.
Kateqoriyalar: Canlı debat