Videonun müddəti: 1:10:57 Baxış: 309 Əlavə edilib: 2022.08. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tiktok-da canlı yayım açan hərbçilər ordudan çıxarıldı – Tural Abbaslı ilə “Canlı debat”

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.
Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.
“Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”, - məlumatda qeyd edilib.

Orduda nələr baş verir? Cəmiyyət olmayan xəbərləri niyə tirajlayır? Antiterror əməliyyatları ilə bağlı gözləntilər pik həddə çatıb. Modul tipli xəstəxanaların yenidən fəaliyyətə keçməsi, bölgələrdən gələn xəbərlər nədən xəbər verir?
Bu və gündəmdəki digər xəbərləri Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat