Xankəndidə QALMAQAL: Vardanyan Balasanyanın niyə “qələmini qırdı”? Detallar CANLI
Erməni separatçı, milyarder Ruben Vardanyan sosial şəbəkədəki səhifəsindən paylaşdığı ermənicə müraciətində Laçın yolunun blokadada olmadığını etiraf edib. Musavat.com-un məlumatına görə o, müraciətində bildirib ki, onlar Laçın yolu vasitəsilə qida, dərman əldə edə bilirlər:
Aşağıdakı videonun 6:34 – 6:53 saniyələrində Vardanyan deyir: "Bəli, bu vəziyyət 100 faizlik bir vəziyyət deyil. (blokada nəzərdə tutulur) Bizim "həyat yolumuz" var ki, onlar bizə imkan verir ki, az miqdarda dərman əldə edək, az miqdarda qida əldə edək. Bu yaradılmış imkandan çox incə formada istifadə etməliyik. Bu imkanın şəxsi maraqlar üçün istifadə edilməsini qəbuledilməz hesab edirəm".
Qarabağda qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq “fərmanı” yanvarın 7-də Araik Arutyunyan imzalayıb. Onun yerinə əvvəllər Qarabağın “milli təhlükəsizlik xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan “təyin” edilib (Melkumyan 1993-cü ildə Ağdamın Mərzili kəndində gəbərdilən Amerika əsilli erməni terrorçu Monte Melkonyanın kadrlarından, əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlardandır).
“İşdən” çıxarılmanın səbəbi açıqlanmır, lakin dəfələrlə qeyd etdiyi kimi, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib. Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxs olub. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər. Rəsmi Bakı isə bildirib ki, Qarabağ ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq.
FHN-dəki video qalmaqalında "qadın barmağı" - ifşada hansı qadın necə istifadə olunub? - DETALLAR
Zabux sakinləri İlham Əliyevə müraciət etdilər
FHN-dəki video qalmaqalında “qadın barmağı” – Zaur Mirzəyevin həyat yoldaşı…
Nazirlikdə video məsələsindən kimlər xəbərdar olub?
Rusiya Donbasda kütləvi hücuma keçib
“ZELENSKİ BUNKERDƏ GİZLƏNMƏDİ...” – Strelkov Putini hədəfə almağa başladı
Tokayev niyə Soçidən sonra Bakıya gəlir?
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü
Sülhməramlılar keşik çəkir: evini yandıran ermənilər...
Ermənilər başını götürüb, Bakıya qaçacaq - Manvelyan
Əliyev-Putin-Paşinyan görüşü bu tarixdə keçirilə bilər
Zelenski: “Rusiyanın heç bir raket zərbəsini cavabsız qoymayacağıq”
Bayden təsdiqlədi - Ukraynaya bu silahlar göndəriləcək
"Rusiya ordusunun mövqeləri zəifləyib, irəliləyə bilmir" - Pentaqon
Qəbələ və Xaçmazda meşə yanğınları SÖNDÜRÜLDÜ
Mirmahmud Mirəlioğlu ilə deputat Tahir Mirkişili arasında "diplomatiya" toqquşması!
#tvmusavat #dərintəhlil #qarabağ #mirmahmudmirəli #tahirmirkişili Mirmahmud Mirəlioğlu: “Ordu ilə əldə etdiklərimiz danışıq masasında əldən verildi” Tahir Mirkişili: “Siz necə deyə bilərsiz ki, diplomatiya heç bir iş görməyib? Əks hada, dilpmatik qələbə olmadan ordunun hərəkət etməsi kifayət qədər ciddi itkilərlə nəticələnə bilərdi” "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayımlanan “Dərin Təhlil” verilişində Azərbaycanın Qarabağ məsələsində diplomatiyamızın qət etdiyi məsafə mövzusu da müzakirə olunub. Müzakirə zamanı qonaqlardan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu sahədə vəziyyətin xoşagəlməz olduğunu deyib: “Bizim ərazimizdə, işğaldan azad olunmamış ərazimizdə düşmən var. Bu düşmən bizə tarixi düşməndir. Burda rus sülhməramlı qüvvələri işğalçı rolunu oynayır. Bunu bizim postumuza atılan əl qumbarası da göstərdi, 16 noyabr şəhidlərimiz də, helikopter şəhidlərimiz də göstərdi. Bunu bizə zaman-zaman İlham Əliyev də açıqlamalarında deyib. Zəfər paradında da, Hərbi Qənimətlər Parkının açılışında da deyib”. “Diplomatiyamız müzəffər ordumuzdan çox-çox geridə qalıb” deyən M.Mirəlioğluna görə, söhbət ordu ilə əldə etdiklərimizin danışıq masasında əldən verilməsindən gedir: “Ermənilər də bizim torpaqlarımızda arxayın yaşaya bilərlər. Amma həqiqi vətəndaşlığı qəbul edəndən sonra, terrorçular son nəfəsinə qədər məhv edilməlidilər. Dünya da bu təcrübədən istifadə edir, biz də istifadə edək”. YAP-çı deputat Tahir Mirkişili isə M.Mirəlioğlunun fikirlərinə etiraz edib. 5 il ATƏT Parlament Assambleyasında təmsil olunduğunu xatırladan T.Mirkişili Azərbaycan diplimatiyasının keçdiyi yolun kiçik bir hissəsinə şahidlik etdiyini deyib: “Siz necə deyə bilərsiz ki, diplomatiya heç bir iş görməyib? Diplomatiya müharibəyə qədər xeyli uğurlar əldə edib– bütün dünyaya təsdiq etdik ki, bura bizim ərazimizdir. AŞPA, ATƏT, Avropa Parlamenti səviyyəsində mövqeyimizi oryaya qoyduq. Müharibə vaxtı bizim diplomatiya ona gətirib çıxardı ki, qıraqdan heç bir müdaxilə olunmadı. KTMT tərəfindən verilən neytral bəyanatlar da buna misaldır. Bu, diplomatiyanın çox böyük uğurudur. Əks hada, dilpmatik qələbə olmadan ordunun hərəkət etməsi kifayət qədər ciddi itkilərlə nəticələnə bilərdi”.