Videonun müddəti: 3:11 Baxış: 2.7K Əlavə edilib: 2021.12.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Mirmahmud Mirəlioğlu ilə deputat Tahir Mirkişili arasında "diplomatiya" toqquşması!

#tvmusavat #dərintəhlil #qarabağ #mirmahmudmirəli #tahirmirkişili Mirmahmud Mirəlioğlu: “Ordu ilə əldə etdiklərimiz danışıq masasında əldən verildi” Tahir Mirkişili: “Siz necə deyə bilərsiz ki, diplomatiya heç bir iş görməyib? Əks hada, dilpmatik qələbə olmadan ordunun hərəkət etməsi kifayət qədər ciddi itkilərlə nəticələnə bilərdi” "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayımlanan “Dərin Təhlil” verilişində Azərbaycanın Qarabağ məsələsində diplomatiyamızın qət etdiyi məsafə mövzusu da müzakirə olunub. Müzakirə zamanı qonaqlardan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu sahədə vəziyyətin xoşagəlməz olduğunu deyib: “Bizim ərazimizdə, işğaldan azad olunmamış ərazimizdə düşmən var. Bu düşmən bizə tarixi düşməndir. Burda rus sülhməramlı qüvvələri işğalçı rolunu oynayır. Bunu bizim postumuza atılan əl qumbarası da göstərdi, 16 noyabr şəhidlərimiz də, helikopter şəhidlərimiz də göstərdi. Bunu bizə zaman-zaman İlham Əliyev də açıqlamalarında deyib. Zəfər paradında da, Hərbi Qənimətlər Parkının açılışında da deyib”. “Diplomatiyamız müzəffər ordumuzdan çox-çox geridə qalıb” deyən M.Mirəlioğluna görə, söhbət ordu ilə əldə etdiklərimizin danışıq masasında əldən verilməsindən gedir: “Ermənilər də bizim torpaqlarımızda arxayın yaşaya bilərlər. Amma həqiqi vətəndaşlığı qəbul edəndən sonra, terrorçular son nəfəsinə qədər məhv edilməlidilər. Dünya da bu təcrübədən istifadə edir, biz də istifadə edək”. YAP-çı deputat Tahir Mirkişili isə M.Mirəlioğlunun fikirlərinə etiraz edib. 5 il ATƏT Parlament Assambleyasında təmsil olunduğunu xatırladan T.Mirkişili Azərbaycan diplimatiyasının keçdiyi yolun kiçik bir hissəsinə şahidlik etdiyini deyib: “Siz necə deyə bilərsiz ki, diplomatiya heç bir iş görməyib? Diplomatiya müharibəyə qədər xeyli uğurlar əldə edib– bütün dünyaya təsdiq etdik ki, bura bizim ərazimizdir. AŞPA, ATƏT, Avropa Parlamenti səviyyəsində mövqeyimizi oryaya qoyduq. Müharibə vaxtı bizim diplomatiya ona gətirib çıxardı ki, qıraqdan heç bir müdaxilə olunmadı. KTMT tərəfindən verilən neytral bəyanatlar da buna misaldır. Bu, diplomatiyanın çox böyük uğurudur. Əks hada, dilpmatik qələbə olmadan ordunun hərəkət etməsi kifayət qədər ciddi itkilərlə nəticələnə bilərdi”.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics