Videonun müddəti: 51:08 Baxış: 269 Əlavə edilib: 2023.01. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə QALMAQAL: Vardanyan Balasanyanın niyə “qələmini qırdı”? Detallar CANLI

Erməni separatçı, milyarder Ruben Vardanyan sosial şəbəkədəki səhifəsindən paylaşdığı ermənicə müraciətində Laçın yolunun blokadada olmadığını etiraf edib. Musavat.com-un məlumatına görə o, müraciətində bildirib ki, onlar Laçın yolu vasitəsilə qida, dərman əldə edə bilirlər:

Aşağıdakı videonun 6:34 – 6:53 saniyələrində Vardanyan deyir: "Bəli, bu vəziyyət 100 faizlik bir vəziyyət deyil. (blokada nəzərdə tutulur) Bizim "həyat yolumuz" var ki, onlar bizə imkan verir ki, az miqdarda dərman əldə edək, az miqdarda qida əldə edək. Bu yaradılmış imkandan çox incə formada istifadə etməliyik. Bu imkanın şəxsi maraqlar üçün istifadə edilməsini qəbuledilməz hesab edirəm".

Qarabağda qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq “fərmanı” yanvarın 7-də Araik Arutyunyan imzalayıb. Onun yerinə əvvəllər Qarabağın “milli təhlükəsizlik xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan “təyin” edilib (Melkumyan 1993-cü ildə Ağdamın Mərzili kəndində gəbərdilən Amerika əsilli erməni terrorçu Monte Melkonyanın kadrlarından, əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlardandır).
“İşdən” çıxarılmanın səbəbi açıqlanmır, lakin dəfələrlə qeyd etdiyi kimi, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib. Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxs olub. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər. Rəsmi Bakı isə bildirib ki, Qarabağ ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq.
Kateqoriyalar: Xəbər