Azərbaycan Nikol Paşinyanın CAVABINI verdi: “Bundan sonra...” – Kamran Həsənli gündəmi təhlil edir
"Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O qeyd edib ki, N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.
A.Hacızadə vurğulayıb ki, bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.
"Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəalityyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.
Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.
Ermənistan Baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.
Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi Üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır.
Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Rusca danışmamaq savadsızlıq göstərcəsidir? - Kamran Həsənlinin TƏHLİLİ
Rusca danışmamaq savadsızlıq göstərcəsidir? - Kamran Həsənlinin TƏHLİLİ
Bakı və Moskva razılaşdı: proses başlayır – Kamran Həsənli gündəmi təhlil edir
Ermənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi aparır. Onun siyasi imicini İlham Əliyevin imici ilə müqayisədə müsbət xarakterizə etmək olmaz. Buna bir nümunə iki liderin verdikləri müsahibələri göstərmək olar.
Bu fikirləri rusiyalı politoloq Vitali Arkov bildirib. “Əliyev Ermənistana son xəbərdarlıq etdi. Hesab edirəm ki, Bakı və Moskva bu mövqeləri razılaşdırıblar. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb. Və onun qarışıq tezisləri yalnız bütün qüvvələri bir anda sevindirmək istəyinin sübutudur. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu böyük savaşa yol aça bilər”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, erməni xalqının belə bir liderə sahib olması həqiqətən təəssüf doğurur.
Qarabağdakı ermənilər gələn ay təxliyə edilir – Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLI-da
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin Ermənistana təxliyəsinə hazırlığın getdiyinə dair məlumatlar yenidən gündəmə gəlib.
Sosial şəbəkələrdə separatçı rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanın imzası ilə təxliyə haqda qərar yayılmışdı. Qondarma rejim bunu təkzib etdi, lakin ermənilər buna inanmır.
Əsas iddia belədir ki, fevralın 1-də Qarabağdakı ermənilərin təxliyəsi üçün 50 avtobusun ayrılması qərarı var. Təbii ki, getmək istəyənlər gedəcək, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edəcək.
Özünü “ezoterik mütəxəssis” kimi təqdim edən İnqa Xosroyeva adlı qadın “Witch's Cabin – 2” Yutub kanalında çıxışı zamanı təxliyənin gündəmdə olduğunu iddia edib.
Erməni qadın iddia edir ki, Ruben Vardanyan, əslində, İngiltərənin gizli vətəndaşıdır, onun bölgəyə gəlişi də ərazinin Azərbaycana təhvil verilməsinə hesablanıb. Onun bu iddiası daha çox konspirologiyaya bənzəyir, hərçənd, fevralın 1-də təxliyənin olacağı iddiasında israrlıdır.
“Vardanyan 16 noyabr 2022-ci il tarixində qərar imzalayıb, bu qərara görə, 1 fevral 2023-cü ildə Qarabağdakı ermənilərin çıxarılması üçün 50 avtobusun ayrılması planlaşdırılır. Ermənilərin çıxarılmasından sonra isə Vardanyan özü İngiltərəyə uçacaq. Sonra da deyəcəklər ki, biz hər şeyi etdik, heç nə alınmadı. Beləliklə, biz 1 fevralı gözləyirik. Əgər bu tarixdə olmayacaqsa, o demək deyil ki, baş verməyəcək, sadəcə vaxtı uzadacaqlar və növbəti 2 ayda həll edəcəklər”, - o iddiasını bu sözlərlə tamamlayıb.
Təbii ki, bu iddianın nə qədər doğru, yaxud yalan olduğunu demək çətindir. Lakin mövcud reallıq Qarabağda yaşayan erməni əhalinin iki seçimdən birini etməyin zəruriliyini hər keçən gün daha da artırır: ya Azərbaycan cəmiyyətinə inteqrasiya edib, bərabərhüquqlu vətəndaş kimi yaşayacaqlar, ya da Qarabağı tərk edəcəklər.
Kriminal aləmdə "razborka" nə deməkdir? – Kamran Həsənli danışır
Kriminal aləmdə "razbrorka" nə deməkdir? Ölkədə və dünyada bir-birindən maraqlı proseslər baş verir. Bunların əksəriyyəti isə "oğru qanunları" ilə tənzimlənir.
Aparıcı Kamran Həsənli "Kamranla 1" verilişində bu mövzularda danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
ŞOK: Putin onu da müharibəyə göndərdi, başına 100 min qoyuldu - Kamran Həsənli ilə CANLI
Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri və FSB-nin əməkdaşı İqor Girkin Ukraynaya qarşı döyüşmək üçün rusiyayönlü qüvvələrə qoşulub.
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Girkin könüllü olaraq orduya yazılıb.
Onun Ukrayna cəbhəsində bir bölməyə qərargah rəisi təyin edildiyi bildirilir. Bu xəbərin ardınca Ukrayna Kəşfiyyatı Girkinin başına 100 min dollar mükafat qoyulduğunu açıqlayıb.
Hollandiya mətbuatının yazdığına görə, Girkin avqust ayında Xerson şəhəri yaxınlığında öz təşəbbüsü ilə cəbhəyə yollanmaq istəsə də, buna icazə verilməyib və o, saxlanılaraq yenidən Moskvaya göndərilib.
Girkin 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynanın şərqində vurulması işində əsas şübhəli şəxs qismində mühakimə olunur. Beynəlxalq araşdırma qrupunun məlumatına görə, 298 nəfərin ölümü ilə nəticələnən qəza Rusiya istehsalı olan BUK raketi ilə vuruldub.
Bu hadisədən sonra Rusiya Donbas bölgəsindən Girkin və digər rəsmiləri Moskvaya geri çağırıb. Haaqada ömürlük həbs cəzası ilə qiyabi mühakimə olunan Girkinin ekstradisiyası tələbinə Moskva heç bir cavab verməyib.
Putin Ukraynanı sərt cavab tədbirlərilə HƏDƏLƏDİ – Kamran Həsənli və Sevinc Telmanqızı ilə CANLI
Ukrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək. Bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb.
"Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib.
Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib. Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb. "Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb.
Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub. "Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi, gərginləşən münasibətlər və Putinin yeni həmləsi... Nələr baş verir? Bundan sonra nələr gözlənilir?
KTMT Ukrayna müharibəsinə qatılacaq? – Kamran Həsənli ilə Sevinc Telmanqızının gündəm müzakirəsi
KTMT-nin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirakından söhbət gedə bilməz.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
“Astana beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir. KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, - o bildirib.
Kamran Həsənli və Pənah Hüseyn gündəmi müzakirə edir: Paşinyan nə istəyir? CANLI
Ötən gün Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızının verilişində Şəhidlərimiz təhqir edilib. Canlı yayımlanan verilişdə aparıcı və onun qonaqları sentyabrın 12-i gecə saatlarından başlayan erməni təxribatının qarşısını almaq üçün canlarından keçən hərbçilərimiz haqqında antimilli fikirlər səsləndiriblər.
Xaricdə yaşayan və dövlətimizə qarşı addımları ilə tez-tez “gündəmə gələn” həmin şəxslər Azərbaycanı təcavüzkar adlandırıblar. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin Şəhid adlandırılmasının əleyhinə olduğunu deyiblər.
Şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini sədri Sevinc Orucova bu şəxslərə qarşı tədbir görülməsinin vacib olduğunu dilə gətirib.  O qeyd edib ki, Şəhid ailələri, onların yaxınları Şəhidlərin həmin şəxslər tərəfindən təhqir edilməsindən ciddi narahatdır.
Şəhid ailələrini aşağılayanlar, şəhidlərin dəfnində öz dini məqsədlərini həyata keçirmək istəyənlər, eləcə də şəhid ailələrinin etdikləri yeni müraciətlər nədən xəbər verir? Şəhidlərimizin adına ləkə gətirmək istəyənlərə qarşı nələr edilməlidir?
Bu və gündəmdəki digər xəbərləri “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli ilə AXP sədri Pənah Hüseyn müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
Ukrayna - Rusiya müharibəsinin sonu nə necə olacaq? - İlham İsmayılla Kamran Həsənlinin müzakirəsi
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
"TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ ,  tr.minval.az (anadolu türkcəsi)
Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
2 aparıcının 1 vətəni! Kamran Həsənli ilə Sevinc Telmanqızı ÖLKƏ gündəmini müzakirə edirlər! CANLI
“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.
“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, - o söyləyib.
Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər".
Kamran Həsənlidən HAQLI İRAD - Bu sahədəki çatışmazlıqdan danışdı
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.