Videonun müddəti: 1:01:57 Baxış: 294 Əlavə edilib: 2022.09.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kamran Həsənli və Pənah Hüseyn gündəmi müzakirə edir: Paşinyan nə istəyir? CANLI

Ötən gün Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızının verilişində Şəhidlərimiz təhqir edilib. Canlı yayımlanan verilişdə aparıcı və onun qonaqları sentyabrın 12-i gecə saatlarından başlayan erməni təxribatının qarşısını almaq üçün canlarından keçən hərbçilərimiz haqqında antimilli fikirlər səsləndiriblər.

Xaricdə yaşayan və dövlətimizə qarşı addımları ilə tez-tez “gündəmə gələn” həmin şəxslər Azərbaycanı təcavüzkar adlandırıblar. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin Şəhid adlandırılmasının əleyhinə olduğunu deyiblər.

Şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini sədri Sevinc Orucova bu şəxslərə qarşı tədbir görülməsinin vacib olduğunu dilə gətirib. O qeyd edib ki, Şəhid ailələri, onların yaxınları Şəhidlərin həmin şəxslər tərəfindən təhqir edilməsindən ciddi narahatdır.

Şəhid ailələrini aşağılayanlar, şəhidlərin dəfnində öz dini məqsədlərini həyata keçirmək istəyənlər, eləcə də şəhid ailələrinin etdikləri yeni müraciətlər nədən xəbər verir? Şəhidlərimizin adına ləkə gətirmək istəyənlərə qarşı nələr edilməlidir?
Bu və gündəmdəki digər xəbərləri “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli ilə AXP sədri Pənah Hüseyn müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com
Kateqoriyalar: News & Politics