Videonun müddəti: 1:03:18 Baxış: 303 Əlavə edilib: 2022.10.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK: Putin onu da müharibəyə göndərdi, başına 100 min qoyuldu - Kamran Həsənli ilə CANLI

Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri və FSB-nin əməkdaşı İqor Girkin Ukraynaya qarşı döyüşmək üçün rusiyayönlü qüvvələrə qoşulub.

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Girkin könüllü olaraq orduya yazılıb.

Onun Ukrayna cəbhəsində bir bölməyə qərargah rəisi təyin edildiyi bildirilir. Bu xəbərin ardınca Ukrayna Kəşfiyyatı Girkinin başına 100 min dollar mükafat qoyulduğunu açıqlayıb.

Hollandiya mətbuatının yazdığına görə, Girkin avqust ayında Xerson şəhəri yaxınlığında öz təşəbbüsü ilə cəbhəyə yollanmaq istəsə də, buna icazə verilməyib və o, saxlanılaraq yenidən Moskvaya göndərilib.

Girkin 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynanın şərqində vurulması işində əsas şübhəli şəxs qismində mühakimə olunur. Beynəlxalq araşdırma qrupunun məlumatına görə, 298 nəfərin ölümü ilə nəticələnən qəza Rusiya istehsalı olan BUK raketi ilə vuruldub.

Bu hadisədən sonra Rusiya Donbas bölgəsindən Girkin və digər rəsmiləri Moskvaya geri çağırıb. Haaqada ömürlük həbs cəzası ilə qiyabi mühakimə olunan Girkinin ekstradisiyası tələbinə Moskva heç bir cavab verməyib.
Kateqoriyalar: News & Politics
Mövzular: kamran həsənli