Naxçıvanın yeni rəhbərindən SƏS-KÜY yaradacaq açıqlamalar - Nemət Pənahlı ilə “Canlı debat”
Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
Kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.
Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.
“Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə - red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”.
Bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir:
“Bu məsələlərə isə Naxçıvan Ali Məclisi baxacaq, çünki onlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.
Ermənilər yeni yolla bağlı video yaydı, bizə təhlükə yarandımı? - “Canlı debat”
30 avqust saat 20:00-dan etibarən Laçın dəhlizi erməniləri üçün tam bağlanıb. Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yeni yoldan istifadə etməyə başlayıblar. Sosial şəbəkədə yoldan istifadəyə dair görüntülər yayılıb. Görüntülərdə aydın olur ki, erməni sürücülər rus sülhməramlıların müşayiəti ilə yoldan istifadə edirlər.
Amma bununla paralel suallar da çoxdur. Ermənilər üçün Laçın dəhlizi tam bağlandı – bəs alternativ yola kim nəzarət edir? Biz ermənilərin o yolda rahat, problemsiz hərəkəti, komfort zonasının yaradılması üçün addımlar atmışıq? Nəzarətimiz yoxdursa, orada hansısa problemlər yarana bilərmi?
Paşinyan nazirləri təcili topladı, etiraf etdi… - Üzeyir Cəfərovla “Canlı debat”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasını keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, hökumət nümayəndələri ötən gün Qarabağda baş verən hadisələrin nəticələrini müzakirə ediblər. Baş nazir bildirib ki, Qarabağ və ətrafında vəziyyət son dərəcə kritikdir.
Qeyd edək ki, ötən gün ermənilərin Laçında törətdikləri terror-təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Ordusu bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.
“Bu günlərdə Azərbaycanla gərginlik yaşayırıq, amma Ermənistan hakimiyyətinin səsi eşidilmir”.
Modern.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Ermənistan mediası baş nazir Nikol Paşinyanı hədəfə alaraq, onunla bağlı tənqidi mövqe sərgiləyib.
“Görünən odur ki, Baş nazir Nikol Paşinyan hələ də məzuniyyətdədir, istirahətindən zövq alır. Orada isə Ermənistan oğulları məhv olur. Müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi qurum səssizliyə qərq olub. Digər rəsmilər isə “sakit” oturublar.
2016-cı ildən sonra bu gün çox şey dəyişib və biz 75 faiz ərazi itirmişik. Bu hadisələrin hamısı Paşinyanın hakimiyyəti dövründə baş verib. Biz artıq çıxılmaz vəziyyətdəyik”, - “Joqovurd”un yaydığı məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.
Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlama verib. O bildirib ki, "Qarabağda Ermənistan ordusu yoxdur. Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır. Azərbaycan Dağlıq Qarabağın varlığını tanımalı, təmas xəttini pozmamalı, Laçın dəhlizi ilə bağlı müqaviləyə əməl etməlidir. Azərbaycana Ermənistan ərazisindən Naxçıvana tranzit kimi yol verməyə hazırıq".
Ermənistanın rəhbəri nə demək istəyir? Bu əməliyyatlar hara qədər davam edəcək? Nəticə necə olacaq? Əməliyyatın bir günlə bitəcəyi gözləniləndirmi?