Videonun müddəti: 56:00 Baxış: 262 Əlavə edilib: 2022.12.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Naxçıvanın yeni rəhbərindən SƏS-KÜY yaradacaq açıqlamalar - Nemət Pənahlı ilə “Canlı debat”

Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
Kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.
Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.


“Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə - red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”.
Bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir:

“Bu məsələlərə isə Naxçıvan Ali Məclisi baxacaq, çünki onlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.
Kateqoriyalar: Canlı debat