İlkin Süleymanovun məhkəməsində sirlər açıldı – Reportaj
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosses saat 16-da başlayıb və iki saat davam edib. Budəfəki prosesdə İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması və istintaq hərəktləri ilə bağlı protokol və disklər tədqiq edilib.
Musavat.com xəbər verir ki, prosesdə İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb. Müdafiə tərəfini qane etməyən məqamlar var. Məhkəmə prosesində qətlə yetirilən Nərmin Quliyevanın atası və digər yaxınları da iştirak edib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.
Həmin ilin yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, adam oğurluğu və başqa maddələrlə nəzərdə tutulan ittiham elan olunub.Növbəti məhkəmə prosesi noyabrın 29-u saat 16 keçiriləcək.
10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası: şok iddialar ortaya çıxdı
#2022 #xeberler #trend #azərbaycan
10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası
İlkin Süleymanov ifadələrin çoxunu təzyiq altında verdiyini iddia edib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prossesi 2-saata yaxın davam edib.
Məhkəmə prosesində  İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təziq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə İlkin yalnış ifadələr verməyə məcbur edilib.
Məhkəmə prossesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev isə mətbuata hər hansı açıqlama vermək istəməyib. Məhkəmə prossesi avqustun 31-ə təxirə salınıb. Məlumat üçün bildirək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə  ittiham elan olunub.
İlham Məmmədov, Gəncə