Böyük Slavyan Savaşı – 1 il! Münxendə qırılan qələm, Paşinyanın vardanyanlığı – ‘’Dərin təhlil’’
Rusiya - Ukrayna müharibəsinin ildönümündə "Dərin təhlil" var
Volodyanı kimlər aldatdı, niyə özünü və Rusiyanı "izqoy" duruma saldı, onu müzakirə edəcəyik.
Savaşan slavyanların itkiləri - qorxunc statistika: bəs bu müharibə Avrasiya türklərinə hansı imkanları açdı? Darmadağın olmaq həddinə gəlmiş Rusiyanın indi tək çarəsi qalıb - yola Putinsiz davam etmək! Bunu kimlər, hansı variantda edə bilər? Putin getsə (vəzifədən, ya da bu dünyadan), Rusiya qurtulacaqmı, ona müharibədən çıxış bileti veriləcəkmi?
Təbii ki, əsas olaraq, Xankəndi və Laçın dəhlizindəki gəlişmələr təhlil ediləcək.
ABŞ-ın iştirakı ilə aparılan Münxen danışıqlarında Prezident Əliyev Vardanyanın qələmini elə qırdı ki, şaqqıltısı Xankəndidən eşidildi. Maraqlı gəlişmədir: bəs Münxendə başqa hansı məsələlər barədə anlaşmalar olub? Azərbaycan Laçın dəhlizinə gömrük və sərhəd postunu nə zaman qoyacaq? Görünən budur ki, Amerikanın da qəbul etdiyi bu təklif Münxendəki üçlü görüşdə (Əliyev - Paşinyan - Blinken) razılaşdırılıb. O zaman əqrəblər hansı saata tənzimlənib? Moskva saatı 2025-ci il deyir. Bəs ABŞ-ın saatında hansı tarixdir? Dərhal və indimi? Buna ruslar nə deyər?
Xocalıdan danışacağıq...
Nəyə görə Xocalını və digər torpaqlarımızı öz suverenliyimiz çərçivəsinə sala bilmirik? "Fərrux dağı əməliyyatı" bir model olaraq gündəmdən çıxdımı?
Türkiyəmizdən mütləq söz edəcəyik!
Qardaş ölkə yaralarını sarıyır: bəs 3 ay sonrakı kritik seçkini keçirə biləcəkmi? Regionun yeni geopolitik arxitekturasına və Azərbaycanın strateji maraqlarına birbaşa dəxli olan bu seçkilərdən ermənilərin hansı gözləntiləri var?
Gündəmdə olan digər məsələlər də müzakirə olunacaq! Musavat.com oxucularını saat 20:00-da TV Müsavat efirinə dəvət edir.
Paşinyan Əliyevdən, İrəvan sülhdən, Bakı güzəştdən qaçır: Bölgədə savaş qoxusu var ‘’Dərin təhlil’’
Qardaş ölkəmizdə baş verən dəhşətli zəlzələdə ölənlərin sayı 38 mini keçdi. Təbii ki, çox üzülürük. İlk gündən Azərbaycan hər şeyi ilə Türkiyəmizin yanıdadır. 7-dən 70-ə, hər kəs Türkiyə üçün bir şeylər etməyə çalışır, yardımların ardı- arası kəsmir. Prezident, 1-ci vitse prezident, Baş nazir, parlamentin spikeri səviyyəsində hər bir dövlət və millət mənsubu Türkiyənin yanındayıq deyir, bu istəqamətdə hər şey edir. Biz Azərbaycan olaraq, Türkiyənin fəlakət bölgəsinə öz Qarabağımız kimi baxırıq. Qayğımıza, diqqətimizə və bizə ehtiyacı olan məmləkətimizdir, orası. Məndə məlumat var ki, Azərbaycan dövləti maddi -mənəvi, hər cür yardım edir və söylənməyən çoxlu məqamlar da var.
Xilasedicilərimiz 10-larla can qurtardı. Xəstəxanalar, könüllülərimiz ard-arda köməyə gedirlər. Bu arada, Türkiyəyə öz köhnə maşını ilə yardım daşıyan Sərvər Bəşirli və daha iki qohumu da fəlakət bölgəsində könüllüdür.
Biz hamımız Türkiyə könüllüləri, könlündə Türkiyəni daşıyanlarıq. Qarabağa ‘’Böyük qayıdış’’la bərabər, Türkiyədəki ‘’Böyük quruculuğu’’ da üstlənənik! Türkiyə üçün Vətən olaraq, hər cür fədakarlığı yapmağa hazır olanlarıq.
Lakin bu cür düşünməyənlər də vardır. Bakıdan son günlər post-zəlzələ Türkiyəsi, Ərdoğanın seçkiləri, Türkiyədəki siyasi konfiqurasiya ilə bağlı çatlaq səslər eçidilməkdədir. Sosial mediada, ayrı-ayrı saytlarda Ərdoğan vurulur, onun müxalifləri, hətta kürd separatçıları dəstəklənir. Bunları kimlər edir? Ərdoğan kimi Azərbaycan dostunu kimlər satır? Diqqətlə baxanda, səhnə üzə çıxır. Qərb təsisatları ilə işləyən tanınmış QHT təmsilçiləri, siyasi müxalifətin bir qismi, bir sıra jurnalistlər və bloggerlər. Onların hamısının maddi təminatı Qərb fondlarından və səfirliklərindəndir. Biz öncəliklə bu durumu müzakirə edəcəyik. Daha sonra isə Türkiyədə dağıdıcı zəlzələ gündəmdə ikən, Qafqazlarda da dağıdıcı bir təhlükənin qalması haqqında danışacağıq.
Qafqazda dağıdıcı qlobal toqquşma təhlükəsi artmaqdadır. Sülh müqaviləsindən qaçan Paşinyan indi də Münhendə İlham Əliyevdən qaçır.  Paşinyan hələ dünən açıqlama verdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır və o, bu imzanın məsuliyyətini üzərinə götürməyə hazırdır. Lakin bu cür açıqlamaları o, dəfələrlə verib. Sonunda isə iki ildir ki, sülhdən qaçır.
Paşinyan yalnız qaçmır. Çox təhlükəli manevrlər, gedişlər də edir. Bu adam öz ölkəsini, ölkəsi ilə bərabər də Güney Qafqazı böyük güclərin geopolitik qarşıdurma məntəqəsinə çevirir. Bu adam öz mövqelərini gücləndirmək və Azərbaycana qarşı dirənmək üçün bir birinə diametral zidd olan qlobal güclərdən eyni zamanda istifadə etmək istəyir. Məsələn, regional maraqları kəskin toqquşan ABŞ, Rusiya, Fransa, İran və Avropa Birliyindən Ermənistanın mövqelərini gücləndirmək məqsədilə eyni vaxtda istifadə etməyə çalışır. Məsələn, ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Ermənistanın Kremlin patronajlığı altında olan KTMT-nı tərk etməsini, Rusiya hərbi bazasını ölkədən çıxartmasını istəyir.
Bəs, belə bir məqamda Azərbaycan nə etməlidir? Hansı mövqedə və kimi yanında yer almalıdır?  Türkiyənin başının qarışması və Ermənistanın Ankara ilə yaxınlaşması bizi nə dərəcədə təsirləndirir? Erməniztana qəzəblənən Rusiya bu ərazidə İkinci Ukrayna yaratsa, geopolitik situasiya necə dəyişər? Bu, bizə də təhdiddirmi, yoxsa, yaxşı bir fürsətmi?
Türkiyəni vuran zəlzələ ilə Ərdoğanı vuranlar: postzəlzələ dövründən gözləntilər... "DƏRİN TƏHLİL"
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 minə yaxınlaşır. Ölü sayı artdıqca ölkədə insanlar arasındakı gərginliklə yanaşı, siyasi cameədə də müzakirələr artır. Cavabdehlərlə bağlı suallar, ölkə hakimiyyətinə yönəlik ittihamlar... Pessimist proqnozlar da çoxalır – ölü sayı neçə minə qədər yüksələcək? Bu, ölkəyə, onun idarəsinə, taleyinə necə təsir göstərəcək? Türkiyə bunun altından qalxa biləcəkmi? May ayında nəzərdə tutulan prezident seçkilərinin vaxtı dəyişəcəkmi? Azərbaycan insanı üçünsə sualların əksəriyyəti həm də qardaş ölkənin acısı ilə yanaşı, Qarabağla bağlıdır. Düşmənlər bu durumdan istifadə edib, Azərbaycanın üzərinə gələcəklərmi? Azərbaycan meydanda tək qaldımı?
Azərbaycan tamaşaçısını narahat edən bütün suallara bu gün saat 20.00-də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində cavab tapmağa çalışacağıq. Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, YAP-çı millət vəkili Elman Nəsirov və Ağ Partiyanın sədri Tural Abbaslı verilişdə bu mövzu ətrafında təhlil aparacaqlar. Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə Türkiyədən canlı efirə qoşularaq, hadisələrin mərkəzindən son durumu diqqətə çatdıracaq.
İran Azərbaycana qarşı müharibəyə başlayıb - Tehran bizdən nə istəyir? ''Dərin təhlil''
İranın casus şəbəkəsinə qarşı əməliyyat “İnter az” telekanalı və “Salamnyus” agentliyində də aparılıb: bu media orqanlarının İran təbliğatı apardığı və maliyyənin də oradan gəldiyi sirr deyil;
Hər iki resursun xəbər siyasəti İrana bağlı olan digər resurslardan fərqlənir:
- Xəbər siyasətində açıq və radikal xətdən istifadə edilmir;
- İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir;
- Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür və s;
Media resurslarının maliyyəsinin də Rusiyada fəaliyyət göstərən Qum təhsilli Mətləb Bağırov vasitəsilə təmin edildiyinə dair məlumatlar var.
Amma bu gəlişmə onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? Molla rejimi nə etməyə çalışır? İrandakı səfirliyimizin fəaliyyəti qeyri-müəyyən vaxtadək tam dayandırıldı. Bəs bundan sonra nə baş verə bilər, sizcə, münasibətlər hansı məcrada gedəcək? Molla rejiminin ölkəmizə qarşı açıq düşmənçilik müstəvisinə keçən siyasətinə Güney Azərbaycandan adekvat reaksiya gələcəkmi? İran – Azərbaycan müharibəsi və İsrailin dronları! Tehran nə istəyir?
Bu və gündəmdəki bir çox mövzuların müzakirəsini bu gün saat 19.00-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində izləyə bilərsiz. Qonaqlarımız eks baş nazir, AXP sədri Pənah Hüseyn, politoloq Şahin Cəfərli və GünAzTV-nin rəhbəri Əhməd Obalıdır. Müzakirədə tamaşaçılarımız da sual və şərhləri ilə iştirak edə bilərlər.