Videonun müddəti: 2:32:24 Baxış: 210 Əlavə edilib: 2023.02. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran Azərbaycana qarşı müharibəyə başlayıb - Tehran bizdən nə istəyir? ''Dərin təhlil''

İranın casus şəbəkəsinə qarşı əməliyyat “İnter az” telekanalı və “Salamnyus” agentliyində də aparılıb: bu media orqanlarının İran təbliğatı apardığı və maliyyənin də oradan gəldiyi sirr deyil;
Hər iki resursun xəbər siyasəti İrana bağlı olan digər resurslardan fərqlənir:

- Xəbər siyasətində açıq və radikal xətdən istifadə edilmir;
- İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir;
- Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür və s;

Media resurslarının maliyyəsinin də Rusiyada fəaliyyət göstərən Qum təhsilli Mətləb Bağırov vasitəsilə təmin edildiyinə dair məlumatlar var.

Amma bu gəlişmə onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? Molla rejimi nə etməyə çalışır? İrandakı səfirliyimizin fəaliyyəti qeyri-müəyyən vaxtadək tam dayandırıldı. Bəs bundan sonra nə baş verə bilər, sizcə, münasibətlər hansı məcrada gedəcək? Molla rejiminin ölkəmizə qarşı açıq düşmənçilik müstəvisinə keçən siyasətinə Güney Azərbaycandan adekvat reaksiya gələcəkmi? İran – Azərbaycan müharibəsi və İsrailin dronları! Tehran nə istəyir?
Bu və gündəmdəki bir çox mövzuların müzakirəsini bu gün saat 19.00-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində izləyə bilərsiz. Qonaqlarımız eks baş nazir, AXP sədri Pənah Hüseyn, politoloq Şahin Cəfərli və GünAzTV-nin rəhbəri Əhməd Obalıdır. Müzakirədə tamaşaçılarımız da sual və şərhləri ilə iştirak edə bilərlər.
Kateqoriyalar: Dərin təhlil