Videonun müddəti: 2:09:17 Baxış: 260 Əlavə edilib: 2023.02.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Əliyevdən, İrəvan sülhdən, Bakı güzəştdən qaçır: Bölgədə savaş qoxusu var ‘’Dərin təhlil’’

Qardaş ölkəmizdə baş verən dəhşətli zəlzələdə ölənlərin sayı 38 mini keçdi. Təbii ki, çox üzülürük. İlk gündən Azərbaycan hər şeyi ilə Türkiyəmizin yanıdadır. 7-dən 70-ə, hər kəs Türkiyə üçün bir şeylər etməyə çalışır, yardımların ardı- arası kəsmir. Prezident, 1-ci vitse prezident, Baş nazir, parlamentin spikeri səviyyəsində hər bir dövlət və millət mənsubu Türkiyənin yanındayıq deyir, bu istəqamətdə hər şey edir. Biz Azərbaycan olaraq, Türkiyənin fəlakət bölgəsinə öz Qarabağımız kimi baxırıq. Qayğımıza, diqqətimizə və bizə ehtiyacı olan məmləkətimizdir, orası. Məndə məlumat var ki, Azərbaycan dövləti maddi -mənəvi, hər cür yardım edir və söylənməyən çoxlu məqamlar da var.

Xilasedicilərimiz 10-larla can qurtardı. Xəstəxanalar, könüllülərimiz ard-arda köməyə gedirlər. Bu arada, Türkiyəyə öz köhnə maşını ilə yardım daşıyan Sərvər Bəşirli və daha iki qohumu da fəlakət bölgəsində könüllüdür.

Biz hamımız Türkiyə könüllüləri, könlündə Türkiyəni daşıyanlarıq. Qarabağa ‘’Böyük qayıdış’’la bərabər, Türkiyədəki ‘’Böyük quruculuğu’’ da üstlənənik! Türkiyə üçün Vətən olaraq, hər cür fədakarlığı yapmağa hazır olanlarıq.

Lakin bu cür düşünməyənlər də vardır. Bakıdan son günlər post-zəlzələ Türkiyəsi, Ərdoğanın seçkiləri, Türkiyədəki siyasi konfiqurasiya ilə bağlı çatlaq səslər eçidilməkdədir. Sosial mediada, ayrı-ayrı saytlarda Ərdoğan vurulur, onun müxalifləri, hətta kürd separatçıları dəstəklənir. Bunları kimlər edir? Ərdoğan kimi Azərbaycan dostunu kimlər satır? Diqqətlə baxanda, səhnə üzə çıxır. Qərb təsisatları ilə işləyən tanınmış QHT təmsilçiləri, siyasi müxalifətin bir qismi, bir sıra jurnalistlər və bloggerlər. Onların hamısının maddi təminatı Qərb fondlarından və səfirliklərindəndir. Biz öncəliklə bu durumu müzakirə edəcəyik. Daha sonra isə Türkiyədə dağıdıcı zəlzələ gündəmdə ikən, Qafqazlarda da dağıdıcı bir təhlükənin qalması haqqında danışacağıq.

Qafqazda dağıdıcı qlobal toqquşma təhlükəsi artmaqdadır. Sülh müqaviləsindən qaçan Paşinyan indi də Münhendə İlham Əliyevdən qaçır. Paşinyan hələ dünən açıqlama verdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır və o, bu imzanın məsuliyyətini üzərinə götürməyə hazırdır. Lakin bu cür açıqlamaları o, dəfələrlə verib. Sonunda isə iki ildir ki, sülhdən qaçır.

Paşinyan yalnız qaçmır. Çox təhlükəli manevrlər, gedişlər də edir. Bu adam öz ölkəsini, ölkəsi ilə bərabər də Güney Qafqazı böyük güclərin geopolitik qarşıdurma məntəqəsinə çevirir. Bu adam öz mövqelərini gücləndirmək və Azərbaycana qarşı dirənmək üçün bir birinə diametral zidd olan qlobal güclərdən eyni zamanda istifadə etmək istəyir. Məsələn, regional maraqları kəskin toqquşan ABŞ, Rusiya, Fransa, İran və Avropa Birliyindən Ermənistanın mövqelərini gücləndirmək məqsədilə eyni vaxtda istifadə etməyə çalışır. Məsələn, ABŞ və Avropa Birliyi rəsmi İrəvandan Ermənistanın Kremlin patronajlığı altında olan KTMT-nı tərk etməsini, Rusiya hərbi bazasını ölkədən çıxartmasını istəyir.

Bəs, belə bir məqamda Azərbaycan nə etməlidir? Hansı mövqedə və kimi yanında yer almalıdır? Türkiyənin başının qarışması və Ermənistanın Ankara ilə yaxınlaşması bizi nə dərəcədə təsirləndirir? Erməniztana qəzəblənən Rusiya bu ərazidə İkinci Ukrayna yaratsa, geopolitik situasiya necə dəyişər? Bu, bizə də təhdiddirmi, yoxsa, yaxşı bir fürsətmi?
Kateqoriyalar: Dərin təhlil