Videonun müddəti: 1:04:29 Baxış: 366 Əlavə edilib: 2022.07. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əvəz Zeynallı ilə “Canlı Debat” - Ermənilər Laçını viran qoyur – ordumuz təcili girsinmi?

Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilər Laçını viran qoymağa başlayıblar. Belə ki, yeni yolun istifadəyə verilməsindən sonra 10 noyabr bəyanatına uyğun olaraq, ənənəvi Laçın dəhlizi və Laçın şəhərinin mərkəzi, habelə ermənilərin qanunsuz məskunlaşdırıldığı kəndlər Azərbaycanın nəzarətinə veriləcək. Ermənilər öncə heç yerə getməyəcəklərini desələr də, son günlərdə digər xəbərlər gəlir: - Zor-xoş Laçından çıxacaqlarını bilən ermənilər Laçındakı evləri, meşələri, obyektləri yanıdırırlar. Buna dair kifayət qədər videofaktlar da var. Hansı ki, o mülklər azərbaycanlılara məxsusdur.

Ermənilər eyni yaramazlığı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər. Sülhməramlılar onda da göz yummuşdu. Indi Laçında da adekvat – seyrçi davranırlar. Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması çağırışları edilir. Bunun üçün kifayət qədər əsaslar var. Proses yaxın günlərdə başlaya bilərmi? Ümumən mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır? Dünya və maraqlı güclər baş verənlərə göz yumursa, bizim çıxış yolumuz nədir?
Kateqoriyalar: Canlı debat