Videonun müddəti: 1:01 Baxış: 277 Əlavə edilib: 2025.02. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Təyyarəmiz Rusiyanın "Pantsir" raketi ilə vurulub - "Reuters" yazdı

2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğu müəyyən edilib. Bu barədə "Reuters" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, təyyarədən "Pantsir-S" raketinin fraqmenti çıxarılıb və beynəlxalq ekspertiza nəticəsində bu təsdiqlənib. Qəza nəticəsində 38 nəfər həlak olub.
Kateqoriyalar: Gündəm Xəbər