Videonun müddəti: 2:38 Baxış: 2.1K Əlavə edilib: 2022.06.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kimlər dostumuz, kimlər düşmənimizdir? - SORĞU

Son zamanlar bir sıra dövlətlər rəsmi şəkildə dost olmayan ölkələrin siyahısını yayır. Bu məsələdə əsasən ABŞ-la Rusiya aktivdir.

Məlumdur ki, Azərbaycana dost ola bilməyəcək yeganə dövlət Ermənistandır. O cümlədən, bizə ən yaxın dost və qardaş olan ölkə Türkiyədir.
Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanın haqq savaşında yanında olan hər bir dövlət Azərbaycana dost dövlətdir. Lakin bu haqq savaşında Azərbaycanın yanında olmayan, Ermənistana dəstək olan hər bir dövlət Azərbaycana dost olmayan ölkələrin siyahısına aiddir.

Maraqlıdır, bəs paytaxt sakinlərinin fikirlərinə görə Azərbaycana dost olan və dost olmayan ölkələr hansılardır?

Mövzu ilə bağlı Tv Müsavatın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənməyə çalışıb.
Veriliş: Tv Musavat
Kateqoriyalar: Danışır paytaxt