Videonun müddəti: 4:55 Baxış: 307 Əlavə edilib: 2023.11. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"Ora baxanda xəcalət çəkirəm!" - Bakı sakinləri telekanallara od püskürdü

Son zamanlar televiziya ekranlarında yayımlanan bir çox verilişlər cəmiyyətdə narahatlıq və tənqidlə qarşılanır. Artıq ziyalılar da dilə gəlib. Belə ki, iki gün önvə Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli "Bəzi televiziya verilişlərinə baxanda adam utanır" deyib.

Forumda iştirak edən Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşov bütün bu tənqidlərə cavab olaraq, televiziyaları apteklərlə müqayisə edib, verilişlərin məhz tamaşaçıların zövqü əsasında ərsəyə gəldiyini deyib.

Bakı sakinləri televiziya rəhbərinin bu açıqlaması ilə razılaşırmı? Kimlər hansı verilişlərə baxır və yaxud baxmır?

TV Musavat-ın əməkdaşları bu suallarla paytaxt sakinlərinə müraciət edərək, onların rəyini öyrənib. Hazırladığımız videosorğunu təqdim edirik:
Kateqoriyalar: Danışır paytaxt