Videonun müddəti: 5:25 Baxış: 5.5K Əlavə edilib: 2022.01.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əhalinin Qazaxıstanda və Azərbaycandakı rus sülhməramlılara münasibəti - VİDEOSORĞU

Yanvarın 2-dən Qazaxıstanda sosial-siyasi tələblərlə başlayan etirazlar sonradan iğtişaşlara çevrildi. Bu hadisələr Qazaxıstanın müstəqillik tarixində ən böyük miqyaslı iğtişaş hesab edilir. İğtişaşların qarşısının alınması üçün Qazaxıstan höküməti dərhal ruslardan kömək istədi. Və beləcə, Rusiya sülhməramlı kontingenti ərazilərə nəzarətə başladı. Kasım-Jomart Tokayev hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılması fonunda təhlükəsizlik qüvvələrinə "xəbərdarlıq etmədən atəş açmağı" əmr verib. İndiki məlumatlara görə toqquşmalar zamanı 164 nəfərin, o cümlədən ən böyük şəhəri Almatıda 103 nəfərin həlak olduğu bildirilir. Bir çox analitiklər sosial etirazların böyüyərək iğtişaşa çevrilməsini Rusiyanın öncədən qurulmuş planlanı olduğunu iddia edirlər. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays də, Qazaxıstan hökumətinin ölkədə asayişi qorumaq üçün kifayət qədər gücü olduğu halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı kontingentini çağırmasını müamallı bir addım kimi qəbul etmişdi. Qazaxıstan, eləcə də bir çox ölkələrdə rus sülhməramlıların fəaliyyəti birmənalı qarşılamır. Bəs görəsən Azərbaycan əhalisi sülhməramlılara necə münasibət bəsləyir? Onların həm Qazaxıstanda, həm də Qarabağda göstərdiyi fəaliyyəti necə qiymətləndirirlər? Musavat TV olaraq, mövzu ilə bağlı şəhərdə sorğu etdik. Videosorğunu təqdim edirik: Kanala abonə ol : https://www.youtube.com/TVmusavat Email: [email protected] Kanala baxdığınız üçün təşəkkürlər
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics