Videonun müddəti: 10:33 Baxış: 9.3K Əlavə edilib: 2022.11. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bir qərinənin QƏZETi - "Yeni Müsavat" 33 yaşında

10 noyabr ‘’Yeni Müsavat’’ qəzetinin mövlud tarixidir. 1989-cu ilin məhz bu günündə ‘’Yeni Müsavat’’ qəzeti eyni adlı partiyanın yayın orqanı kimi Rauf Arifoğlu tərəfindən qurulub. Azərbaycana istiqlal gətirmiş bir partiyanın adı ilə təşkilat və qəzet qurmaq həmin zaman böyük cəsarət istəyən addım idi. Həmin tarix Azərbaycanda milli azadlıq uğrunda xalq hərəkatının ən qaynar zamanları idi. Demək olar ki, bütün xalq meydanlarda idi və SSRİ-dən ayrılmaq, müstəqil dövlət olmaq yolunda örnək bir mübarizə aparırdı. 1988-91-ci illərdəki Milli Azadlıq Hərəkatının sosial mediası da, yeni mediası da, televiziyası da, Telegramı, Tik-Toku da hamısı Meydan idi. İnsanlar xəbərləşmək, fikirlərini ifadə etmək, etiraz və iddialarını hayqırmaq üçün şəhərlərin, rayonların baş meydanlarına toplanardılar. Buradan bir-biri ilə sosiallaşar, tribunalardakı natiqləri informasiya qaynağı kimi, həm də mötəbər mənbə qismində dinləyərdilər. Bütün bunlar ona görə idi ki, o zaman ölkəmizdə Azərbaycanımızın, xalqımızın haqqını, davasını, sözünü ifadə edən müstəqil KİV-lər yox idi. Yalnız bir təşkilata- hakimiyyətdəki kommunist partiyasına xidmət edən KİV-lər vardı, onlar da xalqdan, həqiqətdən və reallıqdan çox uzaq idilər. Ölkə də, ölkənin içindəki insanlar da faktiki olaraq, informasiya blokadasında idi. Müstəqil, samizdat xəbər yayıcıları, gizli qəzetlər “Yeni Müsavat” da daxil olmaqla, o zaman məhz bu zərurətdən yarandı.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics