Videonun müddəti: 1:12:19 Baxış: 19K Əlavə edilib: 2022.10.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rauf Arifoğlu ilə "CANLI DEBAT". Mövzu - ölkə gündəmi

“Ukrayna artıq gələn həftə Dneprin sağ sahilini və Xerson şəhərini geri ala bilər”. “AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın “Financial Times” dərgisi yazıb. Qərbdəki hərbi mənbələrə və mütəxəssislərə istinad edən qəzet yazır ki, Xerson vilayətinin işğalçı administrasiyasının əhalinin təcili evakuasiyası barədə qərarı da böyük ehtimalla məhz ərazidə tezliklə həlledici döyüşlərin başlanması və rus ordusunun geri çəkilməsi perspektivi ilə bağlıdır. Qeyd edək ki, doğrudan da Xersondakı yerli satqınların “hökumətinə” rəhbərlik edən və cəmi bir neçə gün əvvəl - sentyabrın 30-da Kremldə Putinlə birgə Xersonun Rusiyaya birləşdirilməsini bayram edən kollobarant Vladimir Saldo ötən gün rəsmən yerli əhalini Xerson şəhərini və vilayətin digər bölgələrini tərk etməyə çağırıb. Həmçinin, o, Moskvaya müraciət edib ki, evakuasiya üçün şərait yaratsın. Bunu da onunla əsaslandırıb ki, Ukrayna tərəfinin hücumları, artilleriya atəşləri çoxalıb və əhalini daha təhlükəsiz ərazilərə köçürmək lazımdır. Ancaq qeyd edək ki, istər yerli əhalinin, xüsusilə də işğalçı administrasiya ilə işbirliyində olanların, istərsə də geri çəkilmək məcburiyyətində qalacağı gözlənilən rus hərbi birləşmələrinin Dneprin sol sahilinə keçməsi, qaçması məlum səbəblərdən asan olmayacaq. Çünki kütləvi axını təmin edəcək körpü və paromlar kifayət edə biləcək gücdə və miqdarda deyil. Əslində isə Xerson cəbhəsində getdikcə Ukrayna tərəfinin həm şəxsi heyət, həm də silah-sursat təminatı, atəş imkanları, əlverişli hücum mövqeləri və ən əsası da motivasiya baxımından rus ordu qruplaşması üzərində üstünlüyü durmadan artmaqda davam edir. Körpülərin dağıdılması və Xerson şəhərinə gələn bütün yolların, bəndlərin, bərələrin və s. vurulması səbəbindən təminatı günbəgün zəifləyən rus hərbi qruplaşması isə geri çəkilmək və şəhərin həndəvərlərində müdafiə mövqeləri qurmaq məcburiyyətindədir. Həmçinin, şəhərdəki işğalçı qüvvələrin gündəlik istifadə etdiyi siulah-sursat, mərmi, yanacaq, ərzaq və s. ilə Dnepr üzərindən daşınması çətinliklə mümkün olan bütün bu ehtiyatların miqdarı arasında tərsmütənasiblik var. Doğrudur, şəhəri müdafiə edən desant qüvvələri rus ordusunun digər bölmələri ilə müqayisədə daha savadlı, dayanıqlı müdafiə xətti qurmağa qismən də olsa nail olublar. Lakin ötən gün Xerson vilayətinin daha 5 yaşayış məntəqəsinin Ukrayna Ordusu tərəfindən azad edilməsi göstərdi ki, bu ərazidəki rus qoşunları şəhərin azad edilməsini sadəcə, bir qədər yubada bilərlər, ancaq ümumilikdə bunun qarşısını ala bilməzlər.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics