Videonun müddəti: 1:04:01 Baxış: 22K Əlavə edilib: 2022.10.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Moskvada böyük partlayışlar olacaq, Putin hakimiyyətdən gedir – Tural Abbaslı ilə “Canlı”da

Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq. Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. “Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri – Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılacaq. Ertəsi gün “Qu gölü”nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir”, – ekspert söyləyib. Eyni zamanda bu günlərdə Moskvada böyük partlayışların olacağı da gözlənilir. Kiyevin hücum cavablarının aqressiv olacağı, Moskvada partlayışlar törədəcəyi də gözlənilir.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics