Videonun müddəti: 57:00
Baxış: 11K
Əlavə edilib: 2022.10.17
İrandan ŞOK hərəkət - Sərhədə qoşun yığır, nə etməyə hazırlaşır? – Azad İsazadə ilə “Canlı debat”
Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu, region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz". Musavat.com xəbər verir ki, bunu SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian bu gün İran silahlı qüvvələrinin Araz bölgəsində təlim keçirməsi ilə bağlı SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşündə deyib. "Builki hərbi təlimlərimiz ötən ilkilərdən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyid yanaşa bilmərik", - deyə Əliəkbər Purcəmşidian əlavə edib. Sözügedən təlim SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək. Iran nəyə hazırlaşır? Nəyin mesajını verir? Buna hansı formada cavab verməliyik? Bu, yeni təhlükənin siqnalları sayılırmı?
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics