Videonun müddəti: 0:29 Baxış: 2.0K Əlavə edilib: 2022.10.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kiyevin mərkəzindəki körpü Rusiya ordusu tərəfindən vuruldu - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub. Kiyevdə partlayışlar zamanı 8 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.

Musavat.com-un məlumatına görə, Kiyevin vurulması anı gənc bir paytaxt sakininin lentə aldığı videoya yansıyıb. Belə ki, paytaxta atılan raketlərdən biri küçədə hərəkət edən qızın yaxınlığında partlayıb.

Bununla yanaşı, Kiyevdə piyadalar üçün nəzərdə tutulan körpünün vurulması anı da təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Kateqoriyalar: Hadisə