Videonun müddəti: 2:23 Baxış: 264 Əlavə edilib: 2023.01. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Şəmkirdə avtomobildə qumbara partladı reportaj

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kateqoriyalar: Hadisə