Videonun müddəti: 5:49 Baxış: 254 Əlavə edilib: 2022.10. 4
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Milli Məclisin önündə icazəsiz aksiya - diqqətçəkən görüntülər

Bu gün Milli Məclsin önündə Milli Şura və AXCP-nin bir qrup üzvü piket keçirib.

Onlar "Siyasi partiyalar" haqqında Qanun layihəsinə etiraz ediblər (hələ bu layihə son variant olaraq, müzakirələrə təqdim edilməyib). Bakı Şəhər İcra Hakimiyyəti piketi məqsədəmüvafiq hesab etməyib. Bu səbəbdən də aksiya icazəsiz sayıllb. Asayişi qorumaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilib. "TV Musavat" ın reportyor qrupu aksiya keçirildiyi ərazidə olub. Müşahidələrimizə və çəkdiklərimizə görə, polis qüvvəsi aksiyaçılarla aqressiv davranmayıb, qanunsuz hesab olunan tədbirə qatılan azsaylı iştirakçılarla mədəni rəftar edilib.

Musavat.com həmin materialı təqdim edir:





Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.com
Kateqoriyalar: Hadisə