Videonun müddəti: 1:01 Baxış: 4.4K Əlavə edilib: 2022.03.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bombardman altındakı Nikolayev şəhəri: fədakar soydaşlarımız hərbçilərə yemək tədarük edir!

#xəbərlər #tvmusavat #ukraine #Trend #Azərbaycan #Xəbər Bombardman altındakı Nikolayev şəhəri: fədakar soydaşlarımız hərbçilərə yemək tədarük edir! FOTO, VİDEO Musavat.com xəbər verir ki, Ukraynanın güneyində, Dnepr çayı sahilində yer alan və hazırda bombardmana məruz qalan Nikolayev şəhərində yaşayan azərbaycanlılar nümunəvi addım atıblar. Belə ki, azərbaycanlılar şəhəri qoruyan hərbçilərə yemək və humanitar dəstək aksiyası həyata keçiriblər. Aksiyanın ümumi təşkilatçıları soydaşımız Ağabəyov Zaur və onun oğlu, hakim partiyadan şəhər sovetinin deputatı Ramil Ağabəyov, "Şafran" restoranının sahibi Elşad Babayev və onun oğulları Emil və Emin Babayevlərdir. Prosesdə ukraynalı könüllülər də iştirak edib. Videodan da göründüyü kimi, bu işi azərbaycanlılar sevə-sevə, məmnuniyyət hissi ilə həyata keçirirlər. Musavat.com xəbər verir ki, bundan əvvəl də Odessa, Kiyev və başqa şəhərlərdə azərbaycanlılar əllərindən gələn qədər hərbçilərə və yerli sakinlərə kömək göstəriblər. Xatırladaq ki, hazırda bir çkx azərbaycanlı əllərində silah Ukrayna uğrunda döyüşürlər. Qeyd: Videoları Musavat.com-a Odessada yaşayan azərbaycanlı jurnalist, “Birlik” təşkilatının sədr müavini Anar Natiqoğlu göndərib. Musavat.com #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics