Videonun müddəti: 1:04:50 Baxış: 336 Əlavə edilib: 2022.07.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Üzeyir Cəfərovla “Canlı debat” - Paşinyan Qarabağda yeni oyun qurur, hədəf budur

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın təqdimatı ilə prezidentin Edvard Asryanı Baş Qərargah rəisi təyin etməsi erməni ekspertləri və mediasının özündə də təftiş edilməkdədir.

Təyinatın ən maraqlı cəhətlərindən biri Asryanın Qarabağda doğulması, Xocavənd rayonunun Azıx kəndindən olmasıdır. Asryanın demək olar ki, bütün həyatı Qarabağın işğal edilməsi ilə bağlı olub və Qarabağ klanının “öndəgələn” zabitlərindən biri sayılır.
Asryan Ermənistanın vaxtilə işğal altında saxladığı Qarabağda qanunsuz yerləşdirilən bir sıra hərbi hissələrə, o cümlədən cəbhədə döyüş növbətçiliyində olan birləşmələrə komandanlıq edib. Onun 2021-ci ilin martında Baş Qərargah rəisinin müavini təyin edilməsinin özü belə təəccüblə qarşılanmışdı.

O, Qarabağ klanının ordudakı dayaqlarından biri olduğunu da bu və ya digər formada vaxtaşırı olaraq göstərib.

“Asryan – 44 günlük müharibədən sonra, 2021-ci ilin fevralında Nikol Paşinyanın istefasını tələb edən 41 hərbçi içərisində yer alan generallardan biri idi. O, “Baş nazir Nikol Paşinyan və Ermənistan hakimiyyəti bu kritik və taleyüklü situasiyada adekvat qərar qəbul etmək iqtidarına malik deyil” deyən şəxs olub”, - Ermənistanın “Hraparak” qəzeti yazır.

2021-ci ilin 27 sentyabrında Asryan Baş Qərargah rəisinin müavini və Baş Qərargahın Baş Operativ İdarəsinin rəisi vəzifəsindən azad edilir. Onun haqda konkret qərarın verilməsinin səbəbi isə Paşinyanın istefasını tələb etməsi deyildi. Belə ki, istefa tələbindən sonra Baş Qərargah rəisi Qasparyanı vəzifədən çıxarmağa nail olan Paşinyan digər general və zabitləri öz tərəfinə çəkə bilmişdi. “Ağıllanan” zabitlər arasında Asryan da var idi. O, fevral tələbindən sonra açıqlamalarında hakimiyyəti müdafiəyə keçmişdi və Azərbaycanla bağlı ritorikasını da dəyişdirmişdi.

Onun vəzifədən sentyabrda gözlənilmədən uzaqlaşmasının səbəbi Qarabağ klanına mənsub sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanla görüşü olmuşdu. Bu görüşdə Asryan sabiq rəhbərinə xüsusi hörmətini nümayiş etdirmiş, ona “cənab general” deyə müraciət etmişdi. Bu isə onun hələ də keçmiş klanla əlaqələrinin güclü olduğu və qarabağlı Ohanyanın təsiri altında qaldığını təsdiqləyirdi.

Qəribədir ki, bütün vəzifələrini itirəndən bir müddət sonra geri qaytarılan və yenidən Baş Qərargah rəisinin müavini olan Asryan ötən gün Baş Qərargah rəisi vəzifəsinə yiyələnir. Bu isə olduqca ciddi məqam olmaqla bərabər, Azərbaycan üçün də bir siqnal sayılmalıdır.
Kateqoriyalar: Canlı debat