"Bir ordunun rəhbəri 5 dəfə dəyişirsə, bu, artıq məğlubiyyətdir!" - K.Həsənli Rusiyada son durumu TƏHLİL ETDİ
"Bir ordunun rəhbəri 5 dəfə dəyişirsə, bu, artıq məğlubiyyətdir!" - K.Həsənli Rusiyada son durumu TƏHLİL ETDİ
Xankəndidə “fəlakət ssenarisi” - Bakı müdaxilə edə bilər – Kamran Həsənli və Sevinc Telmanqızı
Hərbçimizi vəhşicəsinə döyürlər – Azərbaycan qisas alacaqmı? – Kamran Həsənli “CANLI”da
Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin videosu yayılıb. Erməni Teleqram kanallarının paylaşdığı fotoda əsgərimizin fiziki təcavüzə məruz qaldığı görünür. Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı. Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb.
Azərbaycan qisas alacaqmı? Bundan sonra hansı addımlar planlaşdırılır?
Azərbaycan Nikol Paşinyanın CAVABINI verdi: “Bundan sonra...” – Kamran Həsənli gündəmi təhlil edir
"Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O qeyd edib ki, N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.
A.Hacızadə vurğulayıb ki, bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.
"Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəalityyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.
Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.
Ermənistan Baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.
Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi Üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır.
Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Rusiya Laçın yolundakı aksiya haqda: "Çətindir..." - Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda
Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti yerində həll etmək üçün səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik”, - Qaluzin bildirib.
Onun sözlərinə görə, indiki halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil:
“Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər. Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə kömək etməyə hazırdır”.
Araik və Ruben faktiki olaraq Xankəndidən qaçdı – Kamran Həsənli ilə CANLIda
Xatırlatmaq istəyirəm ki, hər dəfə Azərbaycan dövləti ərazimizə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların məsuliyyət bölgəsində hansısa sərt addımlar atmağa başlayanda separatçı tör-töküntülərin başçısı Araik Arutyunyan İrəvana, Moskvaya və ya başqa ölkələrə qaçıb gedir. İndi isə Arutyunyanla Vardanyan ikisi də cütləşib xarici ölkələrə qaçıb. Ruben Vardanyan da ilk Moskvaya, oradan da başqa ölkəyə gedib.
Bu sözləri Axar.az-a Araik Arutyunyanın Fransada keçirdiyi görüşlər və Ruben Vardanyanın Almaniyanın məşhur ZDF televiziya kanalına müsahibəsi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Şərhçi pozuculuq fəaliyyətlərinin Azərbaycanın təzyiq imkanlarını daha da artırdığını, problemlər həll olunduqdan sonra isə əgər belə davam etsə, Fransa və Almaniyanın dövlətimizlə tərəfdaşlıq imkanlarını itirəcəyini vurğulayıb:
“Arutyunyan və Vardanyan özləri də oyuncaq olduqlarını yaxşı dərk edirlər. Bu şəxslərin harada nə bəyanat verməsindən daha çox qorxub qaçmaları önəmlidir. Yəni bəhs etdiyimiz cütlük Qarabağda yaşayan ermənilərə yalan vədlər verir, ancaq quyruqları qapı arasında qalanda dabanlarına tüpürüb arxaya baxmadan qaçır. Yəni biz bölgədə yaşayan ermənilərin görməsi üçün bu alqoritm haqqında davamlı şəkildə danışmalıyıq, məsələni gündəmdə saxlamalıyıq. O ki qaldı onların qaçdıqları Rusiya, Fransa və Almaniyaya, bildirmək istəyirəm ki, adları çəkilən ölkələrin hərəsinin öz marağı var.
Məsələn, Fransa və Almaniya hazırda Azərbaycandan qaz almır. Fransa “Əsrin Müqavilə”sində tərəf kimi iştirak etsə də, dövlətimizin daxili işlərinə müdaxilə cəhdlərinə görə mərhələli şəkildə prosesdən çıxarıldı. Bizim Avropada enerji məsələsində əsas müttəfiqimiz birinci İtaliyadır, ikincisi isə Balkan yarımadası və Aralıq dənizində Cənub-Şərqi Asiya ölkələridir. Berlin və Paris müvəqqəti istifadəyə yararlı Arutyunyan və Vardanyandan Azərbaycana təzyiq göstərmək üçün istifadə edir. Çünki Ankara və Bakının birləşərək yaratdıqları güc mərkəzindən çox narahatdırlar. Ölkəmizin güclənməsini həzm edə bilmirlər. Lakin bunun heç bir faydası yoxdur, çünki etdikləri hər həmlə Azərbaycana Qarabağdakı separatçılara daha sərt hərbi müdaxilə üçün yeni səbəblər verir. Bu səbəblərə rus sülhməramlıların fəaliyyəti ilə bağlı artan narazılıq, Laçın dəhlizindən qanunsuz şəkildə daşınan silahlar, İrandan Qarabağa göndərilən terror təlimçiləri və s. məsələlər daxildir. Azərbaycanın həm Rusiyaya, həm də İrəvana təzyiqlərini artırması da göz qabağındadır. Nəticə etibarilə Qarabağ məsələsi tam həll olunandan sonra bütün pozucu qüvvələr bölgədən qaçacaq. Fransa ilə Almaniya isə Azərbaycanı itirəcək”.
Kriminal aləmdə "razborka" nə deməkdir? – Kamran Həsənli danışır
Kriminal aləmdə "razbrorka" nə deməkdir? Ölkədə və dünyada bir-birindən maraqlı proseslər baş verir. Bunların əksəriyyəti isə "oğru qanunları" ilə tənzimlənir.
Aparıcı Kamran Həsənli "Kamranla 1" verilişində bu mövzularda danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Putindən ŞOK Qarabağ açıqlaması: buna son qoyulmalıdır-Kamran Həsənli və Sevinc Telmanqızı ilə CANLI
Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir, ona nə vaxtsa son qoyulmalıdır – Putin. "Bilirəm ki, sizdə bunun üçün siyasi iradə var. Biz bunu hər cür dəstəkləyirik", - Rusiya lideri Nikol Paşinyanla ikitərəfli görüşdə deyib. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması həm də iqtisadiyyatın və sosial sahənin inkişafı ilə bağlıdır. Biz bunun üçün çalışırıq.  Ona görə də bütün bu məsələlərdə razılaşmaq lazımdır.  Biz həmişə ondan çıxış edirik ki, Ermənistan bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Bu, bizim üçün xüsusi bir vəziyyətdir.  Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik.
Rusiya Müdafiə Nazirliyindən ŞOK: Ukrayna NÜVƏ sursatını partladacaq - Kamran Həsənli ilə CANLI
Kiyev rejimi Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün az gücə malik nüvə sursatını partlatmağı planlaşdırır. Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, İqor Kirillov bildirib.
"Rusiya Müdafiə Nazirliyində Kiyev rejiminin qondarma çirkli bomba və ya az gücə malik nüvə sursatının partladılması ilə bağlı təxribat planlaşdırdığı barədə məlumat var.
Təxribatın məqsədi Rusiyanı Ukrayna əməliyyatlar teatrında kütləvi qırğın silahı törətməkdə ittiham etmək və bununla da dünyada Moskvaya olan etimadı sarsıtmağa yönəlmiş güclü anti-Rusiya kampaniyasına başlamaqdır”, deyə Rusiya MN rəsmisi vurğulayıb.
TVMusavat-ın  “Kamranla – 1” verilişində Kamran Həsənli gündəmdəki prosesləri təhlil edirik.
İranla savaşda kim YANIMIZDA olacaq? - Kamran Həsənli gündəmi təhlil edir
Rusiya Ukrayna və Belarus sərhədinə daha çox qoşun və texnika cəlb edir.
Bu barədə UNİAN peyk görüntülərinə istinadən məlumat yayıldığını bildirib. Qeyd edilib ki, peyk görüntüləri Zyabrovka aerodromunun ərazisində hərbi yük maşınlarının sayının artdığını, hərbi şəhərciyin ərazisinin genişləndiyini göstərir. Jurnalistlər Belarusun Qomel şəhəri yaxınlığındakı Zyabrovka aerodromundan peykdən çəkilmiş görüntüləri təhlil edərək belə nəticəyə gəliblər ki, son bir ay ərzində orada aktiv dəyişikliklər baş verir. Əraziyə rus qoşunları və yeni texnika gəlir.
Bir ay ərzində Ukrayna ilə sərhəddə bir neçə qum bəndi meydana çıxıb və tikinti işləri davam edir. “Svoboda” peyk görüntülərindən istifadə edərək Zyabrovka aerodromunda dəyişiklikləri izləyib.
Nəşr hadisə şahidlərinə istinadən bildirir ki, bu yaxınlarda Belarus aerodromuna daha da çox rus texnikası və hərbi qulluqçu gəlib.
Bu gün eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib.
Putin Ukraynanı sərt cavab tədbirlərilə HƏDƏLƏDİ – Kamran Həsənli və Sevinc Telmanqızı ilə CANLI
Ukrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək. Bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb.
"Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib.
Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib. Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb. "Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb.
Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub. "Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi, gərginləşən münasibətlər və Putinin yeni həmləsi... Nələr baş verir? Bundan sonra nələr gözlənilir?
ABŞ-dan Bakıya qarşı açıq gediş: Babayan Konqresdə - Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda
Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan Vaşinqtondadır: 25 sentyabra qədər ABŞ-da qalacaq separatçı bu gün Konqresdə erməni qrupuna daxil olan konqresmenlərin iştirakı “arsaxın müstəqilliyinə” həsr olunmuş tədbirdə çıxış edəcək;
Babayanın səfəri məlum idi, lakin Pelosinin dünən İrəvanda Azərbaycana qarşı səsləndirdiyi ittihamlar fonunda bu gün separatçının Konqres binasına “rəsmi şəxs” kimi daxil olması Vaşinqtonun Bakıya qarşı açıq kartla oynadığı göstərir. Və okeanın o tayından Qarabağdakı separatizmə dəstək daha da intensivləşəcək. Yeganə yol separatçı-terrorçu rejimin ləğv edilməsidir. Ki, Ermənistanın ABŞ-a qucaq açması bu imkanı yetişdirir.