Videonun müddəti: 45:56 Baxış: 344 Əlavə edilib: 2022.10.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İranla savaşda kim YANIMIZDA olacaq? - Kamran Həsənli gündəmi təhlil edir

Rusiya Ukrayna və Belarus sərhədinə daha çox qoşun və texnika cəlb edir.
Bu barədə UNİAN peyk görüntülərinə istinadən məlumat yayıldığını bildirib. Qeyd edilib ki, peyk görüntüləri Zyabrovka aerodromunun ərazisində hərbi yük maşınlarının sayının artdığını, hərbi şəhərciyin ərazisinin genişləndiyini göstərir. Jurnalistlər Belarusun Qomel şəhəri yaxınlığındakı Zyabrovka aerodromundan peykdən çəkilmiş görüntüləri təhlil edərək belə nəticəyə gəliblər ki, son bir ay ərzində orada aktiv dəyişikliklər baş verir. Əraziyə rus qoşunları və yeni texnika gəlir.

Bir ay ərzində Ukrayna ilə sərhəddə bir neçə qum bəndi meydana çıxıb və tikinti işləri davam edir. “Svoboda” peyk görüntülərindən istifadə edərək Zyabrovka aerodromunda dəyişiklikləri izləyib.

Nəşr hadisə şahidlərinə istinadən bildirir ki, bu yaxınlarda Belarus aerodromuna daha da çox rus texnikası və hərbi qulluqçu gəlib.

Bu gün eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib.
Kateqoriyalar: News & Politics
Mövzular: "kamranla 1"