ŞOK: Vardanyan avtobuslar ayırıb, fevralın 1-də Xankəndini boşaldır...- Fuad Abbasovla CANLI
"Vedmina izba - 2"("Cadugər daxması-2" "YouTube" kanalında özünü "cadugər" kimi təqdim edən ezoterik mütəxəssis İnqa Xosroyeva guya Qarabağdakı qanunsuz separatçı hakimiyyətin oradakı hayları Ermənistana köçürmək niyyətini açıqlayıb.
"ArmenianReport"un yaydığı məlumata görə o, həmvətənlərini ətalətdə və “oğrulara, yalançılara” və “vətənsiz kosmopolitlər yetişdirməyə” müqavimət göstərə bilməmələrinə görə qınayır.
“İndi diqqətlə qulaq asın. Ruben Vardanyan İngiltərə vətəndaşıdır, İngiltərənin agentidir”, - deyə əlavə edən İnqa qondarma "dövlət naziri"nin həyat yoldaşını xatırladaraq onun yəhudi mənşəli olması barədə mənfi fikirlər səsləndirib.
"Ruben Vardanyan gələn kimi Artsaxı mühasirəyə aldılar. O, hər gün çıxır, xalqı sakitləşdirir...İndi qulaq asın. Gizli sənədlər üzə çıxarmışıq... 2022-ci il noyabrın 16-da sizi hər gün yuxuya verən, "hər şey qaydasındadır, hər şey yaxşıdır" deyən sizin tərifli Ruben Vardanyan əmr yazıb ki, 2023-cü il fevralın 1-də Artsaxı boşaltmaq üçün 50 avtobus ayrılsın. Fevralın 1-də sizin hakimiyyət hamınızı oradan evakuasiya edəcək...
Vardanyana inanırsınız, amma o, bunu artıq noyabrın 16-da planlaşdırıb. Siz hələ blokadada deyildiniz, lakin Ruben Vardanyan artıq bu mühasirəni planlaşdırıb ki, mühasirəyə alınacaqsınız, yol bağlanacaq, aclıqdan öləcəksiniz və sonra oradan getmək qərarına gələcəksiniz" -deyə ezoterik vurğulayıb.
“Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük irəliləyişlər əldə edib”. Bunu isə Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib. Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib.
“Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, - erməni deputat qeyd edib.
Abramyan bildirib ki, Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi.
“Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.
Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, - deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib.
Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb.
“Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, - deyə o, revanşist arzularını dilə gətirib. Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür.
TVMusavat-ın “Həftə içi” efirində jurnalist, Misra TV rəhbəri Fuad Abbasovla ilin ilk günlərini, Qarabağ və Ukrayna proseslərini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Putindən ÇILĞIN qərar: daha 120 min insan… - Fuad Abbasovla “Canlı debat”
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə payız çağırışı ilə bağlı qərar imzalayıb.
Qərara əsasən oktyabr ayında 120 min insan həqiqi hərbi xidmətə çağırılacaq.
“Mən Rusiyanın Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm”. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır", - Makron vurğulayıb. Makron bildirib ki, Fransa Rusiyaya qarşı mübarizədə və bütün ərazilər üzərində tam suverenliyin bərpasına kömək etməkdə Ukraynanın tərəfində olacaq.
Putinin verdiyi qərarlar niyə belə rabitəsizdir? Ukraynanın qanunsuz ilhaqını həyata keçirən Putin bundan sonra hansı çılğın qərarlar verəcək? Ukrayna bununla razılaşmamaqla yanaşı, hansı əks addımlar atacaq?
Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyirsiniz. Qonağımız tanınmış siyasi ekspert-jurnalist Fuad Abbasov Malikoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com
Təcili: Rusiya “Laçın dəhlizi” ilə bağlı müraciətə cavab verdi – Fuad Abbasovla “Canlı debat”
Rusiya sülhməramlıları Qarabağda vəziyyətin sabitləşməsi üçün hər cür səy göstərir.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin erməni deputat Taquhi Tovmasyanın müraciətinə yazılı cavabında deyilir.
Tovmasyan sosial şəbəkədə yazıb ki, avqustun əvvəlində baş vermiş gərginlik kontekstində “Laçın dəhlizi” ətrafında yaranmış vəziyyətlə bağlı əvvəllər səfirliyə müraciət edib.
Səfirlik qeyd edir ki, istər İrəvanda, istərsə də Bakıda Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin mühüm rolu dəfələrlə vurğulanıb.
“Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına bundan sonra da hər cür kömək göstərməyə hazırdır”.
Tovmasyan Rusiya tərəfinin diqqətini Laçın şəhəri, Zabux və Sus kəndlərinin (“Laçın dəhlizi” boyunca yerləşir - red.) Azərbaycanın nəzarətinə keçməsi prosesinə də cəlb edib. Onun sözlərinə görə, o, səfir Sergey Kopırkinə həmin yerlərdə yaşayan ermənilər üçün yaranmış çətinliklər, evakuasiyanı təşkil etmək üçün insan, texniki və nəqliyyat resurslarının çatışmazlığı barədə məlumat verib. Tovmasyan Kopırkindən yaşayış məntəqələrindəki ermənilərin köçürülməsi müddətlərinin uzadılması məsələsində köməklik göstərməsini xahiş edib.
Səfirliyin şərhində isə deyilir ki, “Laçın dəhlizi” ətrafındakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq həll edilməlidir.
Səfirlik onu da qeyd edib ki, bütün bu mövzularda maraqlı tərəflərlə müzakirələr aparılır. Bu müzakirələrin məqsədi hamıya uyğun bir razılaşma əldə etmək, eyni zamanda üçtərəfli bəyanatı həyata keçirməkdir. Bu problemi həll etmək üçün Rusiya tərəfi Ermənistan və Azərbaycanla həm ən yüksək səviyyədə, həm də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər idarələr səviyyəsində daimi dialoq aparır.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də tanınmış jurnalist, Misra TV-nin rəhbəri Fuad Abbasov Malikoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.