Videonun müddəti: 41:36 Baxış: 275 Əlavə edilib: 2022.10. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən ÇILĞIN qərar: daha 120 min insan… - Fuad Abbasovla “Canlı debat”

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə payız çağırışı ilə bağlı qərar imzalayıb.
Qərara əsasən oktyabr ayında 120 min insan həqiqi hərbi xidmətə çağırılacaq.

“Mən Rusiyanın Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm”. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır", - Makron vurğulayıb. Makron bildirib ki, Fransa Rusiyaya qarşı mübarizədə və bütün ərazilər üzərində tam suverenliyin bərpasına kömək etməkdə Ukraynanın tərəfində olacaq.

Putinin verdiyi qərarlar niyə belə rabitəsizdir? Ukraynanın qanunsuz ilhaqını həyata keçirən Putin bundan sonra hansı çılğın qərarlar verəcək? Ukrayna bununla razılaşmamaqla yanaşı, hansı əks addımlar atacaq?

Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyirsiniz. Qonağımız tanınmış siyasi ekspert-jurnalist Fuad Abbasov Malikoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat
Musavat.com
Kateqoriyalar: Canlı debat
Mövzular: fuad abbasov