"Vardanyan Rusiyanın sonuncu plan idi" - F.Mustafadan GÖZLƏNİLMƏZ AÇIQLAMA
"Vardanyan Rusiyanın sonuncu plan idi" - F.Mustafadan GÖZLƏNİLMƏZ AÇIQLAMA
"Vardanyanın yerinə gələn fiqur, ondan güclü olmayacaq ki..." - F. Mustafa
"Vardanyanın yerinə gələn fiqur, ondan güclü olmayacaq ki..." - F. Mustafa
Millət vəkili İrana xəbərdarlıq etdi: "Bundan sonra..." - Fazil Mustafa ilə "Canlı debat"
Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçatryana göndərdiyi məktubunda bildirib.
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə AB-nin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”, - o deyib.
Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. Səfir V.Sadıqov bu barədə özünün tviter səhifəsində qeyd edib.
“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”.
Səfir diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.
AXP sədri Pənah Hüseyn və deputat Fazil Mustafa ilə "Canlı debat"! Brüssel Moskvanı vurdu...
30 illik işğaldan sonra Laçının yaşayış məntəqələrinin Azərbaycanın nəzarəti altına qaytarılması Xankəndi erməniləri ilə İrəvan arasında gərginliyi daha da artırıb.
Son həftələr gərginlik o həddə çatıb ki, Xankəndindəki separatçı qurumun “ərazi idarəetmə naziri" Ayk Xanumyan kifayət qədər emosional bəyanatla çıxış edib. O, İrəvan ermənilərini oğurluq, qarət və yalanda ittiham edib.
O, “Facebook” səhifəsində yazıb ki, avqustun ortalarında yerli yarımstansiyadan Zabux və Laçına elektrik enerjisinin verilməsi dayandırılıb və bu yaşayış məntəqələri elektrik enerjisini Xankəndidən yeni xətlə almağa başlayıblar. Bir neçə gündən sonra yanğın bu yeni elektrikötürücü xəttini məhv edib. Bundan sonra İrəvandan gələn ermənilər Laçındakı yarımstansiyadan transformatorun yağını, Zabuxda isə optik-lif kabelini oğurlayıblar və Qarabağda internet kəsilib. Sonra oğrular rabitə qülləsini talan edərək onları metal qırıntılarına çeviriblər.
Bu, Qarabağ "hakimiyyəti”nin evləri yandırmamaq və infrastrukturu talan etməməkə bağlı  yerli əhaliyə çağırışına baxmayaraq, baş verib. Xanumyan Ermənistandan gəlib Laçında yanğınlar törədən saxta vətənpərvərləri Qarabağ “hakimiyyəti”ni gözdən salmaqda və ermənilərin maraqlarına zərbə vuran dezinformasiyanın yayılmasında ittiham edib.
Qeyd edək ki, avqustun 12-də dövlət televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev bu məsələ barədə maraqlı fikirlər bildirib. “Digər nəticə ondan ibarətdir ki, - mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”. Xanumyanın Ermənistandan gələn ermənilərin Laçındakı əməlləri haqda dedikləri də təsdiq edir ki, ermənilər arasında nifaq artıq böyüməkdədir. Daha bir nüans: Qarabağ erməniləri ilə Ermənistandakı ermənilər arasında əslində hələ sovet dövründə daima narazılıq olub. Ermənistan erməniləri Qarabağda məskunlaşanlara “ikinci sort” ermənilər kimi baxıblar. Bu münasibətlərin indilikdə daha da pisləşməsini Bakı öz xeyrinə necə çevirə bilərmi?