Videonun müddəti: 1:19:47 Baxış: 303 Əlavə edilib: 2022.08.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

AXP sədri Pənah Hüseyn və deputat Fazil Mustafa ilə "Canlı debat"! Brüssel Moskvanı vurdu...

30 illik işğaldan sonra Laçının yaşayış məntəqələrinin Azərbaycanın nəzarəti altına qaytarılması Xankəndi erməniləri ilə İrəvan arasında gərginliyi daha da artırıb.
Son həftələr gərginlik o həddə çatıb ki, Xankəndindəki separatçı qurumun “ərazi idarəetmə naziri" Ayk Xanumyan kifayət qədər emosional bəyanatla çıxış edib. O, İrəvan ermənilərini oğurluq, qarət və yalanda ittiham edib.
O, “Facebook” səhifəsində yazıb ki, avqustun ortalarında yerli yarımstansiyadan Zabux və Laçına elektrik enerjisinin verilməsi dayandırılıb və bu yaşayış məntəqələri elektrik enerjisini Xankəndidən yeni xətlə almağa başlayıblar. Bir neçə gündən sonra yanğın bu yeni elektrikötürücü xəttini məhv edib. Bundan sonra İrəvandan gələn ermənilər Laçındakı yarımstansiyadan transformatorun yağını, Zabuxda isə optik-lif kabelini oğurlayıblar və Qarabağda internet kəsilib. Sonra oğrular rabitə qülləsini talan edərək onları metal qırıntılarına çeviriblər.
Bu, Qarabağ "hakimiyyəti”nin evləri yandırmamaq və infrastrukturu talan etməməkə bağlı yerli əhaliyə çağırışına baxmayaraq, baş verib. Xanumyan Ermənistandan gəlib Laçında yanğınlar törədən saxta vətənpərvərləri Qarabağ “hakimiyyəti”ni gözdən salmaqda və ermənilərin maraqlarına zərbə vuran dezinformasiyanın yayılmasında ittiham edib.

Qeyd edək ki, avqustun 12-də dövlət televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev bu məsələ barədə maraqlı fikirlər bildirib. “Digər nəticə ondan ibarətdir ki, - mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”. Xanumyanın Ermənistandan gələn ermənilərin Laçındakı əməlləri haqda dedikləri də təsdiq edir ki, ermənilər arasında nifaq artıq böyüməkdədir. Daha bir nüans: Qarabağ erməniləri ilə Ermənistandakı ermənilər arasında əslində hələ sovet dövründə daima narazılıq olub. Ermənistan erməniləri Qarabağda məskunlaşanlara “ikinci sort” ermənilər kimi baxıblar. Bu münasibətlərin indilikdə daha da pisləşməsini Bakı öz xeyrinə necə çevirə bilərmi?
Kateqoriyalar: Canlı debat