Bu ermənilər çıxmağa hazırlaşır - Xankəndidə son vəziyyət – Elxan Şahinoğlu ilə “Canlı debat”
Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, onlar telefon danışığı zamanı Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
“Ermənilərin çox hissəsi Qarabağdan çıxmaq haqda düşünür”.
Bu barədə özünü Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” kimi təqdim edən Qeqam Stepanyan deyib.
Onun iddiasına görə, Qarabağda ermənilər Laçın yolundan keçərkən, Azərbaycan sərhədçilərinə “hesabat vermək” istəməyəcək: “O cümlədən, Azərbaycan bayrağının altından keçmək istəməyənlər də olacaq. Buna görə də çoxları Qarabağı tərk etmək haqda düşünürlər”.
Qeyd edək ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra 30-a yaxın erməninin Ermənistana qayıtdığına dair görüntülər yayılıb. Azərbaycan Qarabağdakı ermənilər üçün iki seçim təklif edir: ya vətəndaşlığı qəbul edib daha yaxşı yaşamaq, ya da Qarabağı tərk etmək;
Separatçı rejim isə təzyiqlərlə erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin qarşısını alır. Sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər arasında ciddi təşviş yaranıb. Q.Stepanyanın sözlərindən belə nəticə çıxır ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, o cümlədən, separatçı rejimin təzyiqi qarşısında bunu edə bilməyəcəyini düşünənlər Qarabağı tərk etməyə hazırlaşır.
Zelenski xahiş etdi, Ərdoğan Putinlə danışacaq – Elxan Şahinoğlu ilə “Canlı debat”
Musavat.com bildirir ki, daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb.
Samuxda avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Təbriz Abdullayev  "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.
Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verib.
Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. (sitat ver)  Ancaq yenə də bu sahədə problemlər var.  Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarını onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər.
Müdafiə Nazirliyindən xəbərdarlıq gəldi – nə baş verir? – Elxan Şahinoğlu ilə “Canlı debat”
Müdafiə Nazirliyi müraciət yayıb. Müraciətdə deyilir:
“Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və videogörüntülər yeni məlumat kimi paylaşılır.
Bildiririk ki, xidməti fəaliyyətlə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.
Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.
Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik”.
Orduda isə gərginlik var əhvalı yaradılır. Nə baş verir?
Aşotyan: AB təsdiqlədi – “Dağlıq Qarabağ” artıq yoxdur! – Elxan Şahinoğlu ilə “Canlı debat”
Avropa Birliyi “Dağlıq Qarabağ” söz birləşməsindən rəsmi olaraq tam imtina edib.
Axar.az xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, bu bəyanat Avropa Komissiyasının baş katibi tərəfindən imzalanmış və bu il iyulun 18-də dərc edilmiş rəsmi sənədə əsaslanır:
“Sənəd “Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsi haqqında” məruzə adlanır. Yəni Avropa Birliyinin Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla münasibətləri, müxtəlif sahələrdə qeydə alınmış qiymətləndirmələri, problemləri və uğurları ümumiləşdirilir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bütün bu mətndə heç olmasa bir dəfə “Dağlıq Qarabağ” terminindən istifadə olunmur. “Dağlıq Qarabağ” söz birləşməsi “Azərbaycanın Qarabağ iqtisadi zonası” termini ilə əvəzlənib. Beləliklə, rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tam imtina etdi. Avropa Birliyinin rəsmi rəyinə görə, Dağlıq Qarabağ artıq yoxdur”, - deyə o qeyd edib.