Videonun müddəti: 59:48 Baxış: 293 Əlavə edilib: 2023.04.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bu ermənilər çıxmağa hazırlaşır - Xankəndidə son vəziyyət – Elxan Şahinoğlu ilə “Canlı debat”

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, onlar telefon danışığı zamanı Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

“Ermənilərin çox hissəsi Qarabağdan çıxmaq haqda düşünür”.
Bu barədə özünü Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” kimi təqdim edən Qeqam Stepanyan deyib.

Onun iddiasına görə, Qarabağda ermənilər Laçın yolundan keçərkən, Azərbaycan sərhədçilərinə “hesabat vermək” istəməyəcək: “O cümlədən, Azərbaycan bayrağının altından keçmək istəməyənlər də olacaq. Buna görə də çoxları Qarabağı tərk etmək haqda düşünürlər”.

Qeyd edək ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra 30-a yaxın erməninin Ermənistana qayıtdığına dair görüntülər yayılıb. Azərbaycan Qarabağdakı ermənilər üçün iki seçim təklif edir: ya vətəndaşlığı qəbul edib daha yaxşı yaşamaq, ya da Qarabağı tərk etmək;

Separatçı rejim isə təzyiqlərlə erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin qarşısını alır. Sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər arasında ciddi təşviş yaranıb. Q.Stepanyanın sözlərindən belə nəticə çıxır ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, o cümlədən, separatçı rejimin təzyiqi qarşısında bunu edə bilməyəcəyini düşünənlər Qarabağı tərk etməyə hazırlaşır.
Kateqoriyalar: Canlı debat