“Ermənilərlə müharibə payızda başlaya bilər” – şok analiz – Ədalət Verdiyevlə “Canlı debat”
"Ermənilərlə müharibə payızda başlaya bilər"  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Əziz Əlibəyli maraqlı bir statusla çıxış edib. Musavat.com həmin özət -statusu təqdim edir:
"Dünya öz yerində, bəs bizim coğrafiyada nə baş verir?
1. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmır.
2. Qarabağda qanunsuz qalan terrorçular silahlanır və yeni döyüş mövqeləri tikirlər.
3. Rus sülhməramlıları bu prosesləri himayə edir və qoruyur.
4. Ermənistan rəhbərliyi tutuquşu kimi bir il əvvəl Brüsseldə razılaşdırılmış öhdəlikləri qəbul edərək, guya yenidir kimi qələmə verməyə və sülhə razılıq verən tərəf kimi obraz yaratmağa cəhd edir.
5. Azərbaycan Aİ-na qaz ixracını 2 dəfə artırmaqla Fransanı və erməni lobbisini Avropada oyundankənar vəziyyətə salıb.
6. Böyük bir sürətlə ordu türk ordusu sisteminə  (NATO) inteqrasiya edib.
7. Ən müasir silahlar alınıb və yeni və qalib ordu, yeni silahlarla təchiz edilib.
8. Erməni tərəfi dayanmadan atəşkəsi pozur və Azərbaycanı preventiv atmağa məcbur edir
9. Azərbaycan isə gözləməkdədir, çünki Laçın dəhlizinin yeni yolun açılması ilə həm ruslar, həm də qanunsuz birləşmələr ciddi təsir imkanlarını itirməklə yanaşı, nəzarət altına da düşəcəklər.
10. Deməli, müharibə başlayası olsa, bu, alternativ yolun (payızın ilk ayları) açılmasından sonrakı reallıqlar əsasında ola bilər.
11. Fransa, Rusiya və ABŞ-ın toqquşan mövqeləri Paşinyanı əsl manipulyatora çevirib. Bir açıqlaması ilə digəri tutuşmur".
Müharibənin payızda başlama ehtimalı varmı? Zakir Həsənovun orduya verdiyi son hazırlıq xəbərdarlığı nədən xəbər verir?
Lukaşenko Putinlə danışdı: Rusiyaya hücum hazırlanır – Ədalət Verdiyevlə “Canlı debat”
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Qərbin Ukrayna və Belarus üzərindən Rusiyaya hücum etmək strateji planlarını müzakirə etdiyini bildirib.
Bu barədə Belarus prezidenti çərşənbə axşamı Minskdə hərbi ali məktəblərin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində bildirib.
"Axırıncı dəfə biz bunu dünən Rusiya Federasiyasının prezidenti ilə ətraflı müzakirə etdik - Rusiyaya hücum üçün strateji planlar hazırlanır. Və zərbənin əsas istiqaməti Ukrayna ilə Belarus üzərindən ola bilər”, - Lukaşenko bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Ermənistan müharibəyə hazırlaşır? – Ədalət Verdiyevlə “Canlı debat”
Bu barədə rusiyalı senator Andrey Klişas iyunun 20-də özünün Telegram kanalında yazıb. Bu, "Rusiya tərəfindən çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər" deyə senator Litvanı hədələyib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiya Şurasının Suverenliyin Müdafiəsi Komissiyasının rəhbəri Andrey Klimov Avropa İttifaqından (Aİ) Kalininqradın Litva tərəfindən blokadaya alınması ilə bağlı vəziyyəti düzəltməyi tələb edib.
Əks halda, o, Rusiyanın problemi həll etmək üçün “vuran əl”dən istifadə edə biləcəyini vurğulayıb.
Bir neçə gün əvvəl Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirmişdi ki, Litva Dəmir Yolları Aİ sanksiyalarına daxil olan böyük bir qrup malın tranzitinin dayandırılması barədə Kalininqrad Dəmir Yolunu xəbərdar edib. İlkin hesablamalara görə, bu, tikinti materialları, sement və metallar daxil olmaqla, malların çeşidinin 40-50 faizini təşkil edir. Tranzit iyunun 18-də saat 00:00-da dayanıb.
Ermənistan ordusu tərəfindən son günlər atəşkəsin pozulması cəhdlərinin artırılması da ciddi müzakirə mövzusudur. Nəyə nail olmaq istəyir Ermənistan? Müharibəyə? Hansı güclə, hansı resursla?